“Təmiz Şəhər” ASC növbəti məlumat turunu keçirmişdir
Bakı, 24 may (AZƏRTAC). “Təmiz Şəhər” ASC Balaxanı qəsəbəsindəki bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodlarına məlumat turlarını davam etdirir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, növbəti məlumat turu mayın 24-də “Avropa Tələbələr Forumu-Sumqayıt” İctimai Birliyinin üzvləri üçün keçirilmişdir. Qonaqlar tullantıların çeşidlənməsi və zərərsizləşdirilməsi prosesləri ilə tanış olmuş, müəssisələrin fəaliyyətini əks etdirən filmi izləmişlər.
“Təmiz Şəhər” ASC-nin nümayəndəsi tələbələri maraqlandıran sualları cavablandırmışdır.
Tullantıların idarə olunması sahəsində yeni infrastruktur kompleksləri ilə tanışlıq məqsədi ilə keçirilən məlumat turlarına əhali böyük maraq göstərir. İndiyədək turlarda 200-dən çox məktəbli, tələbə və müəllim iştirak etmişdir.
Məlumat turları mütəmadi olaraq davam etdiriləcəkdir. Turlarda iştirak etmək istəyənlər [email protected] ünvanına məktub göndərə və ya +994124644111 telefonu ilə əlaqə saxlaya bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]