Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tənəzzüldən intibaha: SSRİ dönəmində Azərbaycanın yüksəlişi

Bakı, 1 iyun, Abbasəli Yadigarov, AZƏRTAC

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi, Ümummilli Liderin xatirəsinə olan böyük hörmətin, dərin ehtiramın, onun Azərbaycana göstərdiyi xidmətilərin xalqımız və dövlətimiz tərəfindən daim rəğbətlə xatırlanmasının əyani təzahürüdür.

Qeyd etməliyik ki, Azərbaycanın bugünkü inkişafı Heydər Əliyevin adı ilə bağlıdır və bugünkü güclü dövlətimizin əsası Ulu Öndərin hələ SSRİ dövründə hakimiyyətə gəldiyi ilk illərdə qoyulub.

AZƏRTAC Ulu Öndərin rəhbərliyi ilə sovet dövründə Azərbaycanın davamlı inkişafını təmin edən amillərə bir daha nəzər salır.

Hələ 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərliyə başlayanda ölkəmiz keçmiş Sovet İttifaqının geridə qalmış aqrar respublikalarından biri idi. Ulu Öndərin Azərbaycanda hakimiyyətə gəldiyi ilk illər ölkənin iqtisadi, ictimai-siyasi və mədəni-mənəvi həyatında dönüş mərhələsi oldu. Məhz həmin illərdə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, nizam-intizamın yaradılması, kadr dəyişiklikləri qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə xidmət edirdi.

1970-ci illərdə Azərbaycanda yüngül sənaye, o cümlədən tikinti, cihaz və neft maşınqayırma sənayesi inkişaf etdi, bütün yaşayış məntəqələrinə elektrik enerjisi verildi, qaz kəməri, telefon xətti çəkildi, əhali üçün zəruri infrastruktur yaradıldı. Ümummilli Liderin rəhbərliyi ilə aparılan islahatlar Azərbaycanın iqtisadiyyatını ittifaq asılılığından tədricən xilas edirdi. Dahi rəhbər hələ həmin illərdə Azərbaycanı sanki bugünkü vəziyyətinə hazırlayırdı.

Təsadüfi deyil ki, 1970-ci ilin aprelində Heydər Əliyevin iştirakı ilə Bakı metrosunun “Ulduz” stansiyasının istifadəyə verilməsi ilə Bakı metropoliteninin inkişafında yeni dövr başlandı.

Ulu Öndər bütün sahələrdə yüksəkixtisaslı kadrların yetişdirilməsinə böyük önəm verirdi. Təsadüfi deyil ki, Ümummilli Liderin Azərbaycana rəhbərliyinin birinci ilində - 1970-ci ildə onun təşəbbüsü ilə bir qrup azərbaycanlı gənc Moskvanın aparıcı ali məktəblərinə təhsil almağa göndərildi. Belə gənclərin sayı qısa zamanda 1000-ə çatdı. Təbii ki, belə bir addımın atılması gələcəkdə Azərbaycan elminə, onun tanınmasına və təbliğinə məhz azərbaycanlı elm adamlarının töhfə vermələrinə hesablanmışdı. Heydər Əliyev bununla bağlı deyirdi: “Xalq həmişə öz ziyalıları, öz mədəni irsi, öz elmi ilə tanınır”.

Onu da xatırlatmalıyıq ki, Heydər Əliyev 1971-ci ildən başlayaraq Azərbaycan yazıçılarının bütün ali məclislərində iştirak edib. Bu fakt onun sözügedən sahəyə necə böyük önəm verməsinin təsdiqidir.

Dövrün məhrumiyyətlərinə və hakimiyyətə hələ yeni gəlməsinə baxmayaraq, həmin dövrdə Ulu Öndərin əsas amallarından biri də azərbaycanlı gənclərin orduya hazırlanması və hərbi məktəblərə cəlb edilməsi idi. Məhz Ümummilli Liderin təşəbbüsü və uzaqgörənliyi sayəsində 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb yaradıldı və orada yüzlərlə Azərbaycan gənci təhsil almağa başladı. Bu gün Ordumuzun sıralarında xidmət edən, xüsusilə Vətən müharibəsində böyük hünər və qəhrəmanlıq göstərərək torpaqlarımızın azad olunmasında iştirak edən zabitlərin əksəriyyəti məhz bu hərbi liseyin məzunlarıdır.

Heydər Əliyevin inkişaf strategiyasında neft sənayesi xüsusi yer tuturdu. Həmin dövrdə heç bir sahə Ulu Öndərin diqqətindən kənarda qalmırdı. Heydər Əliyev xüsusilə neft sahəsinin inkişafına müstəsna diqqət göstərir, bu sahədə çalışan insanların əməyini yüksək qiymətləndirirdi. Heydər Əliyev deyirdi ki, Neft Daşlarında çalışanlar hörmətə layiq insanlardır. Ümummilli Lider 1971-ci il iyunun 26-da Neft Daşlarına səfəri zamanı bunu bir daha dilə gətirmişdi.

Ulu Öndərin təxminən 50 il əvvəl diqqət və qayğı göstərdiyi neftçilərin gərgin əməyi sayəsində Azərbaycan müstəqilliyini bərpa etdikdən bir neçə il sonra dünya nəhənglərinin diqqətini cəlb etdi, böyük neft ölkəsinə, etibarlı enerji təchizatçısına çevrildi. Görünən odur ki, bütün bunların əsasında Ulu Öndərin hələ sovet dövründə hazırladığı planlar dayanır.

İllər keçdikcə Heydər Əliyev mədəniyyət, incəsənət, elm xadimlərinə diqqət və qayğısını artırır, onların demək olar bütün böyük tədbirlərində iştirak edirdi. Ulu Öndərin 1972-ci ildə Rus Dram Teatrının, Azərbaycan Dövlət Konservatoriyasının 50 illik yubileylərində iştirakı buna bariz nümunədir.

Heydər Əliyev, həmçinin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən gənclərin təhsilini diqqətdə saxlayırdı. 1972-ci il avqustun 28-də dahi rəhbərin Sovet İttifaqının müxtəlif şəhərlərindəki ali məktəblərə qəbul olmuş azərbaycanlı gənclərlə görüşərək onların təhsili ilə maraqlanması və öz tövsiyələrini verməsi bunun əyani sübutlarından biri idi.

Bu arada xatırlatmalıyıq ki, ölkəmizdə elmə, təhsilə marağın artması nəticəsində ötən əsrin 70-80-ci illərində Sovet İttifaqının nüfuzlu ali məktəblərində təhsil alaraq yüksəkixtisaslı kadr kimi yetişən azərbaycanlı gəncin sayı 15 mindən çox olmuşdu. Ulu Öndər hələ o vaxtdan Azərbaycanın gələcəyini düşündüyünü uzun müddət sonra - ölkə gənclərinin 1996-cı ilin fevralında keçirilmiş l Forumunda dilə gətirmişdi. Heydər Əliyev deyirdi: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 1970-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm”.

Hər bir xalq tarixdə öz qəhrəmanları ilə tanınır. Adı ölkəmizin tarixinə əbədi yazılanlardan biri olan Ulu Öndərin gördüyü demək olar bütün işlər ölkəmizin və xalqımızın tarixinə yazılıb. Belə nümunələrdən biri də cəsur kəşfiyyatçı və əfsanəvi partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xidmətlərinin üzə çıxarılmasıdır. Ona ölümündən 13 il sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adının verilməsində, ümumiyyətlə, adının əbədiləşdirilməsində, göstərdiyi şücaətin təbliğində Ümummilli Liderin müstəsna xidmətləri olub.

Heydər Əliyev Azərbaycana rəhbərliyinin ilk illərində Mehdi Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsinə göstəriş verib və çox keçmədən Bakıda qəhrəmanın əzəmətli abidəsi ucaldılıb. 1973-cü il mayın 9-da abidənin təntənəli açılışında Ulu Öndər özü şəxsən iştirak edib və Mehdi Hüseynzadənin göstərdiyi şücaətlərdən, azərbaycanlıların faşizm üzərində qələbəyə verdikləri töhfələrdən söz açıb.

Ulu Öndər Azərbaycan xalqının ən böyük sərvətlərindən biri olan klassik irsə də xüsusi dəyər verirdi. Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerinin təmin olunması istiqamətində atılan addımlar da diqqətimizdən kənarda qalmır. Belə ki, 1973-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub. Bu, Azərbaycan ədəbiyyatının dünya miqyasında yayılması istiqamətində ən mühüm addımlardan biri oldu.

Azərbaycanda milli kosmik sənayenin təməl daşının qoyulması da Ulu Öndərin adı ilə bağlıdır. Belə ki, 1973-cü il oktyabrın 7-dən 13-dək Bakıda “Kosmik tədqiqatlar - elm və texnikaya nüfuz” devizi altında 24-cü Beynəlxalq Astronavtika konqresi keçirilib. Bu isə onu göstərir ki, Azərbaycanda kosmik sənayenin inkişafına hələ sovet dövründən başlanılıb və bu sahəyə xüsusi diqqət göstərilib. Dünyanın ən mötəbər tədbirlərindən biri olan astronavtika konfransının o vaxt Azərbaycanda keçirilməsi fövqəladə bir hal, Ulu Öndərin uzaqgörən siyasətinin təntənəsi kimi qiymətləndirilməlidir. Çünki həmin hadisədən nə az, nə çox, düz 40 il sonra Azərbaycanın ilk süni peyki orbitə buraxılıb. Bu məqamda xatırladaq ki, bu il Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçiriləcək.

İllər keçdikcə Azərbaycanda bütün sahələrdə canlanma, inkişaf özünü daha aydın şəkildə büruzə verirdi. Belə sahələrdən biri də kənd təsərrüfatı, xüsusilə pambıqçılıq idi. Belə ki, əgər 1969-cu ildə respublikada 300 min ton pambıq istehsal edilmişdisə, 1981-ci ildə bu göstərici 1 milyon tonu ötmüşdü. Həmin dövrdə respublika büdcəsinin 22-25 faizini pambıqçılıq təmin edirdi.

Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə mədəniyyətin inkişafına böyük qayğı göstərirdi. 1974-cü ilin aprelində Bakıda Ümumittifaq kinofestivalının keçirilməsi və Heydər Əliyevin festival iştirakçıları ilə görüşü bu sahənin inkişafına təkan verdi. Ulu Öndər, həmçinin 1974-cü ildə Azərbaycan teatrının 100 illiyinə həsr olunmuş tədbirdə şəxsən iştirak edib və nitq söyləyib.

Heydər Əliyevin respublikamıza rəhbərliyinin ilk dövrü kinomuzun yeni inkişaf yoluna qədəm qoyması ilə səciyyəvidir. “Nəsimi”, “Nizami”, “Babək”, “Dədə Qorqud” kimi tarixi filmlər məhz həmin dövrdə ekranlaşdırılıb. O dövrdə, həmçinin Azərbaycanda yeni muzeylərin yaradılması prosesi geniş vüsət almışdı. Ümummilli Liderin təşəbbüsü ilə 1975-ci ildə Mərdəkanda Sergey Yeseninin ev-muzeyi açıldı, Üzeyir Hacıbəyov, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər görkəmli şəxsiyyətlərin memorial-xatirə, mənzil-muzeyləri ərsəyə gəlib.

1975-ci il dekabrın 25-də Azərbaycan iqtisadiyyatında mühüm rol oynayan Bakı Məişət Kondisionerləri zavodu işə salınması Heydər Əliyevin xidməti idi. Bakı Məişət Kondisionerləri zavodu Sovet İttifaqında miqyası və texnoloji səviyyəsinə görə bu tipli dördüncü sənaye kompleksi hesab edilirdi.

Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə respublikada güclü sənaye iqtisadiyyatının təməli qoyuldu. 1970-1980-ci illərdə neft maşınqayırma sənayesi öz inkişafının yeni mərhələsinə daxil oldu. Həmin dövrdə Dərin özüllər zavodunun inşası sənayeləşmənin geniş şəbəkəli dayaqlarını yaratdı.

Ulu Öndərin Azərbaycan və xalqımız üçün gördüyü işləri ümumiləşdirsək deyə bilərik ki, Heydər Əliyevin səyləri nəticəsində qısa zamanda işə salınmış nəhəng potensial Azərbaycanı ittifaq miqyasında inkişaf edən nüfuzlu respublikaya çevirdi, ölkə həyatında sosial-iqtisadi, mədəni inkişaf baş verdi. Həmin illərdə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə sənayedə əsas fondların 69 faizi yenilənib, 250-dən çox zavod, fabrik istifadəyə verilib. Əgər 1969-cu ilədək Azərbaycanda 735 böyük sənaye obyekti inşa edilmişdisə, Ümummilli Liderin rəhbərliyi dövründə bu rəqəm 1048-ə çatdırılıb. Sənaye istehsalı və kənd təsərrüfatında məhsuldarlıq 2 dəfə artıb, xalq təsərrüfatında gəlir ümumittifaq göstəricisini 2 dəfə üstələyib.

Kadr sahəsində aparılan islahatlar və məhz Ulu Öndərin gərgin səyləri nəticəsində SSRİ-nin 50-dən çox şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində respublikada ən çox ehtiyac duyulan 250-dən artıq ixtisas üzrə 17 minədək azərbaycanlı gəncin təhsil alması təmin olunub.

Heydər Əliyev Azərbaycan xalqının milli-mədəni irsinin qorunub saxlanmasına, bu irsin formalaşmasında mühüm rolu olan şəxsiyyətlərə daim yüksək diqqət ayırıb. 1970-ci illərdən başlayaraq Ulu Öndərin təşəbbüsü və iştirakı ilə görkəmli söz ustalarının, alim və mütəfəkkirlərin yubileyləri təntənə ilə qeyd edilməyə başlanıb, 1930-cu illərin siyasi repressiyalarının qurbanı olmuş böyük şair Hüseyn Cavidin cənazəsi 1982-ci ildə uzaq Sibirdən doğma vətəni Naxçıvana gətirilib. 1978-ci il Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusunda təsbit olunması Ümummilli Liderin xalqımız qarşısında ən böyük xidmətlərindən biridir.

Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Liderin həmin dövrdəki fəaliyyəti barədə deyib: “Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində onun tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir”.

1970-ci illərdən söz düşmüşkən, o vaxt Azərbaycana rəhbərlik edən Heydər Əliyev həm də ölkəmizin beynəlxalq əlaqələrinin inkişafına diqqət yetirirdi. O vaxt Azərbaycan müstəqil siyasət yürüdə bilməsə də, Ulu Öndər şəxsi əlaqələrindən istifadə edərək tədricən bu strategiyanın da əsasını qoyurdu. Təsadüfi deyil ki, müasir Azərbaycanın Özbəkistanla əlaqələrinin təməli məhz Ulu Öndərin o vaxt bu ölkənin rəhbəri olmuş Şərəf Rəşidov arasında şəxsi dostluq münasibətlərinə əsaslanır.

Qeyd etməliyik ki, Ulu Öndər 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilərək SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilməsindən sonra da Azərbaycana xüsusi diqqət ayırıb.

Əminliklə deyə bilərik ki, Ulu Öndər Azərbaycanda hakimiyyətə gəldiyi ilk illərdən Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış ölkəsindən ən inkişaf etmiş respublikasına çevirməyə nail olub. Əsası Ümummilli Lider tərəfindən qoyulan uğurlar bu gün onun layiqli davamçısı tərəfindən uğurla davam etdirilir və zənginləşdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suraxanı və Qaradağın bəzi ərailərinin qaz təchizatında fasilə olacaq

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib