TƏRƏVƏZÇİLİK DİQQƏT MƏRKƏZİNDƏDİR
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ixrac olunan məhsulların həcmini artırmaq, əhalinin tərəvəzə olan tələbatını ödəmək üçün sahənin inkişafına diqqət yetirilir. Hazırda torpaq sahibləri 8 milyon nəfərdən artıq əhaliyə lazım olan tərəvəzin 80-85 faizini ödəyə bilirlər. Aqrar sahə ilə bağlı elmi tədqiqat institutları, regional elm mərkəzləri 17 fəsiləyə daxil olan tərəvəzin toxumçuluğunu inkişaf etdirmək problemi üzərində işləyirlər. Eyni zamanda tərəvəzçilərə ilin bütün fəsillərində keyfiyyətli tərəvəz becərmək üçün örtülü qrunta keçməyin üstünlükləri, parnik təsərrüfatı yaratmağın səmərəliliyi də izah olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:10]
Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA
- 19.06.2026 [11:40]
Gömrük sistemində islahatlar: Məcəllədə hansı dəyişikliklər edilir?
- 19.06.2026 [11:25]
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]
Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var
- 18.06.2026 [23:02]