REGİONLAR
“Təşviş pozuntularına qarşı psixoloji işin aparılması proqramı” - tələbələrlə görüş
![](/files/galleryphoto/2023/3/1200x630/1698324265313554983_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1698324265505623587_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16983242651286656678_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16983242656283345795_1200x630.jpg)
Gəncə, 26 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) “Təşviş pozuntularına qarşı psixoloji işin aparılması proqramı” mövzusunda tələbələrlə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə universitetin humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva psixoloji yardımla bağlı maarifləndirici görüşlərin əhəmiyyətindən danışıb.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktor müavini, ilkin səhiyyə xidmətlərinin rəhbəri Xalidə Sadıqova psixi sağlamlığın qorunması və psixi pozğunluqdan əziyyət çəkən şəxslərin fəaliyyət imkanlarının genişləndirilməsinə dair həyata keçirilən tədbirlərdən söhbət açıb.
Xəstəxananın psixoloqu Zahid Tağıyev isə təşviş pozuntusu, onun yaranma səbəbləri barədə ətraflı məlumat verib.
Görüşdə psixoloji travmalar, qorxular, özünə inamsızlıq kimi məsələlərdən bəhs edilib və onların həlli yollarından danışılıb.
Çıxışlardan sonra tələbələrin sualları cavablandırılıb.