Texasda lisenziya olmadan tapança gəzdirməyə icazə verilə bilər
Bakı, 25 may, AZƏRTAC
ABŞ-ın Texas ştatının qanunverici məclisi ictimai yerlərdə tapança gəzdirmək üçün xüsusi icazəni ləğv edən qanun layihəsini təsdiqləyib.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, qanun layihəsinin tərəfdarları silahlanmaya nəzarət üzrə qrupların aktiv etirazlarına baxmayaraq, qanunun ştat əhalisinə özünümüdafiə üçün geniş imkanlar yaradacağını düşünürlər.
Bundan sonra qüvvəyə minməsi üçün qanun ştat qubernatoru Qreq Ebbot tərəfindən imzalamalıdır. Bu baş versə, zorakılıqla əlaqədar cinayəti və ya hər hansı xüsusi qadağası olmayan Texas sakinləri ictimai yerlərdə silah gəzdirə biləcək.
Qeyd edək ki, Texas silaha sahib olma və ondan istifadə ilə bağlı ən liberal qanunlardan birinə malikdir. Hazırda ştatda 1,6 milyondan çox insana tapança gəzdirmək üçün lisenziya verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]