Texniki Universitet ilə “Pera Plastik RAM BNT LTD” əməkdaşlığa başlayıb
Bakı, 5 aprel, AZƏRTAC
Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Pera Plastik RAM BNT LTD” arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni rektor Vilayət Vəliyev və şirkətin direktoru Şərəf Hizarcı imzalayıb.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, sənədə əsasən, Maşınqayırma və robototexnika fakültəsində təhsil alan bakalavr və magistrlərin şirkətdə istehsalat və elmi-tədqiqat təcrübələrinə cəlb olunması, məzunların isə işlə təmin edilməsi nəzərdə tutulub. Qarşılıqlı elmi-nəzəri və ustad dərslərinin keçirilməsi, şirkətin əməkdaşları üçün AzTU-da ixtisasartırma kurslarının təşkili də planlaşdırılıb.
Bundan başqa, rezin və plastik məmulatlar istehsalı, toxuculuq sənayesi müəssisələrində onlayn idarəetmə və satış sisteminin elmi-praktik əsaslarının hazırlanması, həmçinin bu istiqamətdə maarifləndirmə tədbirlərinin təşkili də qərara alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:51]
Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ
- 08.10.2026 [17:11]
Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO
- 08.10.2026 [16:08]