“The Economist” jurnalı: Sürətlə dəyişən geosiyasi meyllər Azərbaycanı regionun mərkəzinə çevirib
London, 25 iyul (AZƏRTAC). Sürətlə dəyişən geosiyasi meyllər Azərbaycanı regionun mərkəzinə çevirib.
Bu fikirlər Böyük Britaniyanın “The Economist” jurnalında Azərbaycanla bağlı dərc olunmuş yazıda əksini tapıb.
AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycanın iqtisadi şaxələndirmə və inkişaf strategiyasını davam etdirərək əməkdaşlıq və tərəfdaşlıq siyasətinə üstünlük verdiyi diqqətə çatdırılır. Həmçinin Azərbaycanın xarici ölkələrə investisiyalar qoymasından bəhs edilir. Bildirilir ki, Azərbaycan Türkiyədə ən böyük xarici investorlardan biridir və Avropa daxil olmaqla beynəlxalq aləmdə strateji əməkdaşlığını genişləndirir.
Yazının tam mətnini aşağıdakı linkdən oxumaq olar: http://www.economistinsights.com/countries-trade-investment/event/azerbaijan-summit-2015?region[7]=7
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]