Azərbaycan Dövlət İnformasiya Agentliyi

“The Jerusalem Post”: İsrail-Azərbaycan strateji tərəfdaşlığı möhkəmlənir və genişlənir

“The Jerusalem Post”: İsrail-Azərbaycan strateji tərəfdaşlığı möhkəmlənir və genişlənir

Bakı, 24 yanvar, AZƏRTAC

Məlum olduğu kimi, İsrailin müdafiə sənayesi çox cəhətdən birinci olması ilə fərqlənir. Ən müasir silahlar istehsal edən şirkətlərdən biri də İsrail Müdafiə Ordusu üçün pilotsuz uçuş aparatları istehsal edən “Elbit Systems” şirkətidir. Bir neçə gün bundan əvvəl məlum olub ki, “Elbit Systems” şirkəti Azərbaycana ən müasir pilotsuz uçuş aparatı - uzaq məsafədə yerləşən hədəflərə dəqiq taktiki zərbələr endirməyə imkan verən “SkyStriker” markalı “kamikadze” satıb. Beləliklə, Azərbaycan İsraildə istehsal edilmiş ən müasir pilotsuz uçuş aparatı almış ilk və hələlik yeganə xarici ölkədir.

AZƏRTAC xəbər verir ki, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qutun İsraildə çıxan nüfuzlu ingilisdilli nəşri olan “The Jerusalem Post” qəzetində dərc olunmuş “İsrail-Azərbaycan strateji tərəfdaşlığı möhkəmlənir və genişlənir” sərlövhəli məqaləsi bu mövzuya həsr edilib.

Məqalə müəllifi vurğulayır ki, Stokholm Beynəlxalq Sülh Problemlərinə dair Tədqiqatlar İnstitutunun məlumatına görə, 2017-ci ildə Azərbaycan İsraildən alınmış silahların dəyərinə görə üçüncü ən böyük ölkə olub (137 milyon dollar). Baş nazir Binyamin Netanyahu 2016-cı ilin dekabrında Bakıda rəsmi səfərdə olarkən bildirib ki, o vaxta qədər Azərbaycan İsraildən 5 milyard dollarlıq silah alıb.

Arye Qut vurğulayır: “Hazırda İsrail dövləti ilə Azərbaycan Respublikası arasında qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq və əməkdaşlıq münasibətləri dünyanın əksər ölkələri üçün ideal modeldir. Bu ölkələr və onların xalqları ən çətin vaxtlarda bir-birinin yanında olub və mühüm məsələlərdə həmişə bir-birini dəstəkləyib. Bu möhkəm əlaqələrin əsas səbəblərindən biri insan amilidir - azərbaycanlılarla bu ölkədə yaşayan yəhudi icması arasında qədimdən mövcud olan sıx qardaşlıq və dostluq münasibətləri”.

İsrailli ekspertin fikrincə, bir sıra xalqlardan fərqli olaraq azərbaycanlılar yəhudiləri heç vaxt əcnəbi hesab etməyiblər. Arye Qut yazır: “Əslən Azərbaycandan olan yəhudilər artıq neçə ildir ki, Azərbaycan ilə İsrail arasında strateji iqtisadi və geosiyasi tərəfdaşlığın formalaşmasına və möhkəmlənməsinə kömək edirlər. Azərbaycanda yaşayan yəhudilər heç vaxt təqiblərə, təhqirlərə, alçaldılmağa, talanlara və ya antisemit hərəkətlərə məruz qalmayıblar. Beləliklə, iki dövlət arasında praktiki olaraq həyatın bütün sahələrində münasibətlər yetərincə yüksək siyasi etimad səviyyəsindədir”.

Ekspertin sözlərinə görə, Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionuna nəzər salanda asanlıqla görmək olar ki, İsrailin strateji tərəfdaşı olan Azərbaycan çox mürəkkəb geosiyasi regionda yerləşir. Lakin Cənubi Qafqazın bu mürəkkəb geosiyasi labirintinə baxmayaraq Azərbaycan özünün çoxvektorlu və ölçülüb-biçilmiş xarici siyasətini yetərincə uğurlu şəkildə həyata keçirir.

Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli nəşri olan “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsində yazır: “Verilən məlumata görə, İsrailin “Israel Aerospace Industries” şirkəti keçən il Azərbaycana “Harop” adlı pilotsuz uçuş qurğusu satıb. Azərbaycan heç kəsdən gizlətmir ki, bu aparatdan özünün ayrılmaz tərkib hissəsi olan, hazırda Ermənistan Respublikası tərəfindən işğal edilmiş Dağlıq Qarabağda yerdəyişmələri müşahidə etmək məqsədilə istifadə olunacaq. İsrail ilə Azərbaycan arasında hərbi strateji tərəfdaşlıq daim fəal surətdə inkişaf edir və möhkəmlənir. Son zamanlar İsrailin bəzi KİV-ləri İsraildəki erməni lobbisinin nümayəndələrinin təsiri altında İsrail-Azərbaycan hərbi əməkdaşlığında guya “problemlər yaranması” barədə yalan informasiya yaymağa çalışırlar.

2016-cı ilin məlum aprel hadisələrindən sonra Azərbaycan Silahlı Qüvvələrinin çevik və uğurlu əks-hücumu dövründə erməni tərəfin müdafiə xətti məhv edildi və Azərbaycan ordusu bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini erməni işğalından azad etdi. Bu hadisələrdən dərhal sonra erməni KİV-lərində real antiisrail isteriyası müşahidə olunur, antisemit və antiisrail ruhlu məqalələr dərc edilirdi. Hətta İsraildəki erməni icması Azərbaycan-İsrail tərəfdaşlığına qarşı mitinqlər keçirirdi”.

Qutun fikrincə, iki ölkə arasında dəyəri 5 milyard dollara yaxın hərbi sazişlərin imzalanması nəticəsində Azərbaycan İsraildən ən müasir hərbi texnologiyalar ala bilib. Arye Qut yazır: “Regiondakı bəzi dövlətlər, xüsusən Azərbaycan torpaqlarının 20 faizinin işğalını 27 il ərzində davam etdirən təcavüzkar Ermənistan terror təhdidlərinə qarşı mübarizə və təhlükəsizlik məsələlərində Azərbaycan Respublikası ilə İsrail dövləti arasında əməkdaşlığa son qoyulmasını istəyir. İsrail dövləti Azərbaycanın dostu, həm iqtisadi və siyasi, həm də təhlükəsizlik məsələləri üzrə onun strateji tərəfdaşıdır”.

Arye Qut İsrail-Azərbaycan hərbi əməkdaşlığının Ermənistan tərəfindən tənqid edilməsi mövzusuna toxunaraq vurğulayır ki, Azərbaycan və İsrail öz dostlarını və tərəfdaşlarını üçüncü ölkələrin mövqeyindən asılı olmayaraq özləri seçir, hərbi-texniki sahədə strateji əməkdaşlığın və tərəfdaşlığın səviyyəsini özləri müəyyən edir.

İsrailli ekspert Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusuna toxunaraq yazır ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində etnik təmizləmələr aparıb, bu əməliyyatların ən qeyri-insani forması Xocalı şəhərində həyata keçirilib.

Arye Qut yazır: “Erməni silahlı dəstələri 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində insanlığa qarşı dəhşətli cinayət - Azərbaycanın dinc mülki əhalisinə qarşı soyqırımı aktı törətdilər. Erməni silahlı dəstələrinin vəhşiliyi nəticəsində 613 nəfər qətlə yetirildi, 487 adam əlil oldu, aralarında qocalar, qadınlar və uşaqlar da olmaqla, 1275 dinc sakin əsir düşdü, təsvirəgəlməz işgəncələrə, təhqirlərə və alçaldılmağa məruz qaldı. Xocalı şəhərinin mülki əhalisinin qəsdən kütləvi şəkildə məhv edilməsinin yalnız bir səbəbi vardı - onlar hamısı azərbaycanlı idi. Azərbaycan və onun xalqı misli görünməmiş işgəncələrlə üzləşdi. Xocalı şəhərində törədilənlər Azərbaycan ərazilərinin işğalının və etnik təmizləmələrin, qəddarlığı ilə şok doğuran vahimə və qorxu hissi yayılmasının növbəti mərhələsi oldu. Bu, təkcə bir nəslin faciəsi deyil, bəşər tarixində ən dəhşətli cinayətlərdən biridir”.

Lakin Azərbaycan xalqının iradəsini qırmaq məqsədilə törədilən Xocalı soyqırımı bu niyyətinə çatmadı, azərbaycanlıların başqa xalqlara humanist və tolerant münasibətini dəyişdirə bilmədi. Azərbaycan xalqı sıx birləşmiş halda öz inkişaf yolunu inamla davam etdirdi.

Qutun fikrincə, bu danılmaz bir tarixi faktdır ki, Avrasiyada heç bir başqa ölkənin İsrail ilə əlaqələri İsrail-Azərbaycan əlaqələrindən daha sıx və ya səmimi deyil. İsrailli ekspert Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli nəşri olan “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsinin sonunda yazır: “İki ölkə arasında münasibətlər xüsusən ona görə təəccüb doğurur ki, Azərbaycan əhalisinin əksəriyyəti müsəlmanlar olan dünyəvi ölkədir. Azərbaycan İsrail üçün həmişə cəlbedicidir. Özü də təkcə ona görə yox ki, bu ölkədə antisemitizm yoxdur və heç vaxt olmayıb, həm də ona görə ki, rəsmi Bakı dünyada antisemitizm təzahürlərini dəfələrlə pisləyib. İsrail ilə Azərbaycan arasında iqtisadi, siyasi və strateji əlaqələrin daim genişlənməsini nəzərə alsaq, bu qarşılıqlı cazibə xüsusilə aktuallaşır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb