Azərbaycan Dövlət İnformasiya Agentliyi

“The Jerusalem Post”: “Nəyə görə Azərbaycan Amerika yəhudi lobbisi üçün zəruridir?”

“The Jerusalem Post”: “Nəyə görə Azərbaycan Amerika yəhudi lobbisi üçün zəruridir?”

Bakı, 21 sentyabr, AZƏRTAC

Bu gün bütün dünya yəhudiləri Roş-Ha-Şana bayramını - yəhudi Yeni İlini qeyd edəcək. Əslində bu bayramın adının mənası “İlin Başı” deməkdir. Yəni insanın başı onun hərəkətlərinə nəzarət etdiyi kimi, Roş-Ha-Şana bayramı da ilin qalan hissəsinə çox böyük təsir göstərir. Həmin gün Ulu Tanrıya dua edərək bizə sülh, firavanlıq ili və xeyir-dua bəxş etməsini diləyirik.

İsrail Dövlətinin strateji tərəfdaşı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ənənəyə görə, hər il bu bayram ərəfəsində öz ölkəsinin yəhudi icmasına müraciət edir və bu müqəddəs bayram münasibətilə yəhudi xalqını təbrik edir.

AZƏRTAC xəbər verir ki, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut bu haqda İsraildə çıxan ən nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetinin 20 sentyabr tarixli nömrəsində dərc edilmiş “Nəyə görə Azərbaycan Amerika yəhudi lobbisi üçün zəruridir?” sərlövhəli məqaləsində yazır.

Məqalə müəllifinin sözlərinə görə, Prezident İlham Əliyev öz təbrik məktubunda vurğulayır ki, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan bu gün multikultural ənənələrin qorunub saxlanıldığı, ayrı-ayrı dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmət və etimad mühitinin mövcud olduğu nadir məkanlardandır.

Azərbaycan Prezidentinin təbrik məktubunda deyilir: “Azərbaycanda məskunlaşıb yaşayan yəhudi icmasının cəmiyyətimizdə özünəməxsus yeri vardır. Əlamətdar haldır ki, yəhudi vətəndaşlarımız ölkə həyatının bütün sahələrində yaxından iştirak edir, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fəal vətəndaş mövqeyi nümayiş etdirirlər.

Roş-Ha-Şana özündə yeniliyi, mənəvi saflığı və həmrəyliyi təcəssüm etdirən bir bayramdır. Yəhudi xalqının bu əziz günü qoy hamınızın həyatına xoş ovqat, ailələrinizə xoşbəxtlik və sevinc gətirsin.

Bayramınız mübarək olsun!”.

Bundan bir neçə gün sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda ABŞ-ın israilpərəst lobbi təşkilatlarının nümayəndələri - Amerika Yəhudi Təşkilatının, “Bnai Brith International” Təşkilatının, Ümumdünya Yəhudi Konqresinin, Avrasiya yəhudilərini dəstəkləyən Milli Koalisiyanın, Şimali Amerika Yəhudi Federasiyalarının, Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının rəhbərləri ilə görüşüb.

Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı vitse-sədri, baş icraçı direktor Malkolm Honlayn görüşdə çıxış edib. O deyib ki, nümayəndə heyətində təmsil olunmuş təşkilatlar Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verirlər. Malkolm Honlayn Bakıda Prezident İlham Əliyev ilə görüşü məmnuniyyət hissi ilə xatırlayaraq qeyd edib ki, Azərbaycan ona müasir və dinamik inkişaf edən bir ölkə kimi çox dərin təsir bağışlayıb. O, Azərbaycan ilə ABŞ arasında, həmçinin Azərbaycan ilə İsrail arasında səmərəli əməkdaşlıq olmasını məmnuniyyətlə vurğulayıb.

Prezident İlham Əliyev yəhudi təşkilatlarının bu görüşdə iştirak edən rəhbərlərindən çoxunun Azərbaycanda olmasını xatırlayaraq qeyd edib ki, onlar ölkəmizin qazandığı uğurlar barədə məlumatlandırılıb. Azərbaycan dövlətinin başçısı Azərbaycanda gedən inkişaf prosesləri barədə məlumatın yayılmasının vacibliyini vurğulayıb. Azərbaycan ilə ABŞ arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan Prezident ilham Əliyev Azərbaycan-İsrail əlaqələrinin inkişafından məmnun olduğunu bildirib.

Söhbətin gedişində Amerika yəhudi təşkilatlarının rəhbərləri Azərbaycanda digər icmalar kimi, yəhudi icmasının da qarşılıqlı anlaşma və əmin-amanlıq şəraitində yaşaması üçün yaradılmış şəraitə görə minnətdarlıq bildiriblər. Onlar Azərbaycanda sabitliyin və təhlükəsizliyin yüksək səviyyədə olmasını qeyd edərək Odlar Yurdunun multikulturalizm və tolerantlıq siyasətinə sadiq olmasını yüksək qiymətləndiriblər.

Məqalədə qeyd edilir ki, bir il bundan əvvəl Ümumdünya Yəhudi Konqresinin (WJC) prezidenti Ronald Lauder başda olmaqla WJC-nin, Avrasiya Yəhudi Konqresinin və Rusiya Konqresinin (RJC) nümayəndə heyəti Bakıda səfərdə olub və orada danışıqlar aparıb.

Məqalə müəllifi vurğulayır: “Lauder Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə əhalisinin əksəriyyəti müsəlmanlar olan bu keçmiş sovet respublikasında yəhudilərin vəziyyəti çox yaxşı səviyyədə olmasını qeyd edib və buna görə Azərbaycan dövlətinin başçısına səmimi təşəkkürünü bildirib. Prezident Əliyev də öz növbəsində vurğulayıb ki, o özü və onun administrasiyası Azərbaycandakı yəhudi icması ilə, İsrail Dövləti ilə, həmçinin Ümumdünya Yəhudi Konqresi kimi beynəlxalq qeyri-hökumət təşkilatları ilə “əla münasibət” qurublar. İlham Əliyev deyib ki, aşkinazi yəhudiləri, Avropa yəhudiləri və dağ yəhudiləri iki min ildən çoxdur Azərbaycan ərazisində yaşayır. Bütün bu dini və etnik icmalar ölkəmizdə bir-birilə harmoniya şəraitində yaşayıblar və yaşayırlar”.

Arye Qutun sözlərinə görə, Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti və eyni zamanda Rusiya Yəhudi Konqresinin prezidenti olan Yuri Kanner görüşdən sonra deyib: “Prezident İlham Əliyevi və Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauderi maraqlandıran bütün mühüm məsələlər barəsində çox səmimi və məzmunlu diskussiya oldu. Bu gün burada baş verən prosesləri anlamaq və qeyd etmək lazımdır ki, bu proseslər əhalisinin əksəriyyəti müsəlmanlar olan digər ölkələr üçün nümunədir. Görüşün bütün iştirakçıları bu multikulturalizm modelinin uğurlu olmasını qeyd etdilər”.

Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti Qod Nisanov görüşdəki çıxışında deyib: “Çox şadam ki, Prezident İlham Əliyevlə görüş olduqca yüksək səviyyədə keçdi, bu görüş Azərbaycanda yaşayan yəhudilər üçün də böyük əhəmiyyət kəsb edir. Əslən Azərbaycandan olan bizlər üçün böyük şərəfdir ki, Ümumdünya Yəhudi Konqresinin prezidenti Azərbaycana səfər edib. Ümidvaram ki, nümayəndə heyətinin Azərbaycanın firavanlasan və gözəl ölkə olmasını, burada heç vaxt antisemitizmə yer olmadığını və indi də yer olmamasını öz gözləri ilə görüb qiymətləndirməyə imkanı olacaq”.

Məqalə müəllifi yazır ki, Ümumdünya Yəhudi Konqresinin nümayəndə heyətinin Azərbaycan səfərinin təşəbbüskarı əslən Azərbaycandakı yəhudilər yaşayan məşhur Qırmızı Qəsəbədən olanlar - Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti Qod Nisanov və Rusiya Yəhudi Konqresinin vitse-prezidenti German Zaxaryayev olublar. Arye Qut yazır: “Nisanov və Zaxaryayev Ümumdünya Yəhudi Konqresinin nümayəndə heyətinə Qırmızı Qəsəbənin tarixi, Azərbaycan və yəhudi xalqlarının dostluğu və qardaşlığı, Azərbaycan rəhbərliyinin və Azərbaycan xalqının yəhudi icmasına hörmətli və səmimi münasibəti barədə ətraflı məlumat veriblər. Azərbaycanın Quba rayonundakı qədim Qırmızı Qəsəbə Azərbaycanın fəxri, İsrail hüdudlarından kənarda dağ yəhudilərinin məskunlaşdığı yeganə məkan sayılır. Azərbaycan yəhudiləri və Azərbaycan müsəlmanları bu regionda əsrlər boyu harmonik və səmimi yaşayıblar. Azərbaycanda müsəlmanlar və yəhudilər bir sıra parametrlərə görə - ortaq tarix, ortaq vətəndaşlıq, dostluq, qarışıq nikahlar, təcrübə, habelə erməni daşnak partiyasının Azərbaycanda yaşayan minlərlə yəhudini və müsəlmanı məhv etdiyi 1918-1919-cu illərin faciəli hadisələri ilə bir-birinə bağlıdır”.

İsrailli ekspertin fikrincə, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə və təcavüz nəticəsində ölkə ərazinin 20 faizinin işğal edilməsinə, bir milyon insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq Azərbaycan bu gün də sivilizasiyalararası və konfessiyalararası dialoqun əsl nümunəsidir. Məqalə müəllifi yazır: “Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin təməl daşlarıdır. Azərbaycan milli multikulturalizm və tolerantlıq ənənələrinin inkişaf etməsi və möhkəmlənməsi üçün zəruri siyasi və sosial şərait yaratmaqdan ötrü uzlaşdırılmış səy göstərir”.

Qut vurğulayır ki, İsrail Dövləti Azərbaycan xalqının və Prezident İlham Əliyevin, həmçinin Azərbaycan rəhbərliyinin yəhudi icmasına səmimi və unikal münasibətinə görə dəfələrlə minnətdarlığını və təşəkkürünü bildirib.

“The Jerusalem Post” qəzetində dərc edilmiş məqalədə Ronald Lauderin keçən il sentyabr ayında Azərbaycana səfəri zamanı dediyi sözlər sitat gətirilir: “Dünyada belə analoqlar yoxdur. Düşünürəm ki, Qırmızı Qəsəbə başqa ölkələrdən ötrü əla nümunədir. Azərbaycan multikulturalizm sahəsində öz uğurları ilə fəxr edə bilər. Mən Ümumdünya Yəhudi Konqresinin prezidenti kimi, Azərbaycan xalqının və Azərbaycan rəhbərliyinin yəhudi icmasına hörmətli və səmimi münasibətini yüksək qiymətləndirirəm və Azərbaycan Prezidenti İlham Əliyevə səmimi təşəkkürümü bildirmək istəyirəm”.

Məqalənin müəllifi Arye Qut İsrail-Azərbaycan qarşılıqlı münasibətləri məsələsinə toxunaraq göstərir ki, 2016-cı ilin dekabrında İsrailin Baş nazirinin Azərbaycana səfəri tarixi hadisə oldu. Məqalə müəllifi vurğulayır: “Binyamin Netanyahu 1997-ci ilin avqustunda Bakıda yolüstü səfərdə olub, lakin 2016-cı ilin dekabr səfəri tarixi hadisə idi, çünki bu, İsrail hökumətinin başçısının Cənubi Qafqaz regionuna ilk rəsmi səfəri idi. İsrailin Baş nazirinin və Azərbaycan Prezidentinin Bakıdakı bu görüşü bir daha təsdiq etdi ki, iki ölkə arasında siyasi dialoq ən yüksək səviyyədədir, bu münasibətlərin iqtisadi tərkib hissəsi və ticarət dövriyyəsi daim artmaqdadır. İsrail Azərbaycan neftinin iri idxalatçısına çevrilib, İsraildəki texnoloji şirkətlər rəsmi Bakıya telekommunikasiya, kənd təsərrüfatı, irriqasiya, yüksək texnologiyalar, müdafiə sənayesi və hərbi sənaye sahələrinə aid layihələrin həyata keçirilməsində kömək edirlər”.

Qut qeyd edir ki, İsrail 25 il bundan əvvəl Cənubi Qafqazda real seçim edərək Azərbaycana güvəndi. Bu, bütün parametrlər üzrə düzgün strateji seçim idi.

Arye Qut “The Jerusalem Post” qəzetində dərc edilmiş analitik məqaləsində yazır: “Heç də təhlükəsiz olmayan geosiyasi regionda yerləşən iki kiçik dövlətin bu əməkdaşlığının böyük gələcəyi var. Bu isə, əlbəttə, həm İsrailə, həm də Azərbaycana dost münasibət bəsləməyən üçüncü ölkələri narahat edir. Belə ölkələr nəyin bahasına olur-olsun, Azərbaycanla İsrailin qarşılıqlı münasibətlərinə xələl gətirməyə çalışırlar. İsrail müsəlman ölkəsi olan Azərbaycanla dostluq münasibətlərini yüksək qiymətləndirir. Biz müsəlman ölkəsi ilə əməkdaşlığın modeli olan bu münasibətləri qorumalı və inkişaf etdirməliyik ki, hər hansı antiisrail və antiazərbaycan qüvvələr onlara ziyan vura bilməsin”.

Müəllif qeyd edir ki, İsrail ilə Azərbaycan arasında qardaşcasına münasibətlərin möhkəm tarixi əsası var. O yazır: “Nümunə kimi “Sadıqaşvili” ləqəbli azərbaycanlı kəşfiyyatçının (Həmzə Cümşüd oğlu Sadıqovun) qəhrəmanlığını göstərə bilərəm. Həmzə Sadıqov Stalinqrad ətrafında sovet hərbi kəşfiyyatının heyətində Hitlerin ən yaxın silahdaşı, xüsusi qəddarlığı ilə fərqlənən və yəhudiləri şəxsən məhv edən general İohann Fon Roddenburqu əsir götürüb. Hitlerin “bioloji bomba”sının atası adlandırılan, insan libaslı bir vəhşi olan Roddenburq həmin silahı məhz yəhudi uşaqları üzərində sınaqdan keçirirdi. Məhz yəhudi uşaqlarını xilas etmiş Həmzə Sadıqovun cəsurluğu və igidliyi sayəsində onlarca yəhudi ailəsi ölümün pəncəsindən qurtulub. Sadıqov özünün bu şücaəti və igidliyi ilə ona minnətdar olan nəsillərin ürəklərində özünə şücaət və ölməzlik abidəsi ucaldıb.

Azərbaycanda belə qəhrəmanlar çox olub, lakin Azərbaycan xalqının bir keyfiyyəti də təvazökarlıqdır, bu ölkədə görülmüş xeyirxah işlər barədə danışmağı xoşlamırlar. Ona görə də faşizmə qarşı mübarizə aparmış və yəhudi ailələrini xilas etmiş qəhrəman Sadıqovun adı dünyada o qədər də məlum deyil, Ermənistanda isə faşist və cəllad generallar Dronun və Njdenin şəxsiyyətinə pərəstiş təbliğ edilir”.

İsrailli ekspert vurğulayır ki, müasir Ermənistan ən monomilli ölkədir. Burada şovinizm, millətçilik, faşistlərin və antisemitlərin populyarlaşdırılması Sarkisyan rejiminin indiki dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib. “The Jerusalem Post” qəzetində dərc edilmiş məqalənin müəllifi yazır: “Vurğulamaq lazımdır ki, bu qaniçən faşistlərə və antisemitlərə pərəstiş bəzi marginal siyasi qruplaşmalar tərəfindən həyata keçirilmir, bu əməllərin arxasında Ermənistan dövləti, müasir Ermənistan Respublikasının cinayətkar rəhbərliyi dayanır. Faşist və antisemit general Qaregin Njdenin heykəlinin açılış mərasimində Ermənistan prezidenti Serj Sarkisyanın və keçmiş müdafiə naziri Seyran Ohanyanın iştirak etməsi faktı bir daha təsdiqləyir ki, onlar həqiqətən özlərini erməni faşist və antisemit Njdenin əsl varisləri hesab edirlər. Bütün bu faktlar sübut edir ki, XX əsrin sonunda Azərbaycanın Xocalı şəhərində qanlı qırğın və soyqırımı aktı törədənlər - Ermənistanın indiki prezidenti Serj Sarkisyan və keçmiş müdafiə naziri Seyran Ohanyan erməni faşist generalları Dronun və Njdenin varisləridir.

Serj Sarkisyanın bu sözlərini xatırlamaq kifayətdir “Xocalı hadisələrinə qədər azərbaycanlılar elə hesab edirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi aradan qaldıra bildik”. Bu sözlər sübut edir ki, Serj Sarkisyan və onun Ermənistan hakimiyyətindəki bütün klanı həqiqətən Dronun və Njdenin əsl varisləridir. Xocalıda xüsusi amansızlıqla, ağlasığmaz qəddarlıq və barbarlıqla törədilmiş qanlı soyqırım aktı XX əsrin axırlarında baş vermiş ən dəhşətli faciələrdən biridir. Bu amansız qırığının qəddar səhnələri Azərbaycanın qəlbində sağalmaz yara kimi həmişəlik qalacaq.

İsrail Dövləti Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yalnız beynəlxalq hüquq normaları və dövlətlərin ərazi bütövlüyü prinsipi çərçivəsində tənzimləməyə çağırır. Belə mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın ədalətli mövqeyinin Yaxın Şərqdə onun mühüm strateji tərəfdaşı olan İsrail dövləti tərəfindən dəstəklənməsi Azərbaycan Respublikası üçün son dərəcə zəruri və əhəmiyyətlidir.

Lakin israilli ekspertin sözlərinə görə, İsrail ilə Azərbaycan arasında, Azərbaycanda yaşayan müsəlmanlar və Azərbaycanda yaşayan yəhudilər arasında münasibətlər təkcə qarşılıqlı maraqlarla izah edilə bilməz. Müasir Azərbaycan-İsrail münasibətləri ümumi dəyərlərə və ortaq tarixə əsaslanır. İnsani əlaqələr, dini baxımdan dözümlülüklə fərqlənən müxtəlif cəmiyyətlərdə yaşamaq qətiyyəti hər iki ölkəni zənginləşdirir.

İsrailli ekspert Arye Qut “The Jerusalem Post” qəzetində dərc edilmiş məqaləsinin sonunda yazır: “Prezident İlham Əliyev dünyəvi dövlətə, multikulturalizmə və tolerantlığa tərəfdar olmasına, Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara hörmətlə yanaşmasına görə həm İsrail cəmiyyətinin, həm də dünyanın başqa dövlətlərindəki yəhudi icmasının əksər hissəsinin hörmətini qazanıb”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir