Azərbaycan Dövlət İnformasiya Agentliyi

The Jerusalem Post: Xocalıda soyqırımı aktı - ədalət anı nə vaxt yetişəcək?

The Jerusalem Post: Xocalıda soyqırımı aktı - ədalət anı nə vaxt yetişəcək?

Bakı, 23 fevral, AZƏRTAC

Elə coğrafi adlar var ki, onlar xəritədə adi nöqtədən qat-qat artıq məna kəsb edir. Bu, qəddarlığın və qeyri-insaniliyin rəmzlərinə çevrilmiş kənd və şəhərlərin adlarıdır - Babiy Yar, Liditsa, Oradur, Xatın, Sonqmidir. Ötən əsrin 90-cı illərinin əvvəlində bu siyahıya daha bir ad - Azərbaycanın Xocalı şəhərinin adı əlavə olundu.

AZƏRTAC xəbər verir ki, bu barədə beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsraildə çıxan ingilis dilli “The Jerusalem Post” qəzetində dərc edilmiş “Xocalıda soyqırımı aktı - ədalət anı nə vaxt yetişəcək” sərlövhəli məqaləsində yazıb. http://www.jpost.com/Blogs/News-from-Arye-Gut/

Məqalə müəllifi yazır ki, misli görünməmiş vəhşiliklə törədilmiş Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biri oldu. “Bu faciənin qəddar və amansız səhnələri Azərbaycanın qəlbində sağalmaz yara olaraq qalacaq. Ermənilər Xocalı şəhərini seçməklə hansı məqsədi güdürdülər?

Strateji xarakterli məqsəddən başqa, onlar Xocalını qədim zamanlardan müasir dövrədək şəhərin tarixi və mədəni irsini əks etdirən məkan kimi məhv etmək istəyirdilər. Bu xüsusi mədəniyyət tarixə eramızdan əvvəl XVI əsrin Xocalı-Gədəbəy mədəniyyəti kimi daxil olub. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid qəbir abidələri - daş qutular, kurqanlar və nekropollar, habelə memarlıq abidələri - dairəvi sərdaba (1356-1357-ci illər) və məqbərə (XIV əsr) aşkar edilib. Arxeoloji qazıntılar zamanı daş, bürünc, sümükdən düzəldilmiş müxtəlif bəzək əşyaları, saxsı əşyalar və s. tapılıb. Xocalıda tapılmış muncuqlardan birində Assuriya çarı Adadnerarinin (e.ə. 807-788) adı yazılıb. Xocalının işğalı ən qədim məzarlıqlardan biri hesab edilən Xocalı qəbiristanlığının bütün mədəniyyət abidələrini məhv edib. Bu, dünya mədəniyyətinə qarşı yönələn erməni vandalizminə əyani nümunədir”, - deyə israilli ekspert qeyd edir.

Arye Qut yazır ki, şəhərə hücum tanklardan, BTR-dən, “Alazan” tipli zenit toplardan, “Qrad” və “Uraqan” qurğularından, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən iki saatlıq artilleriya atışı ilə başlanmışdı. “Xocalı üç tərəfdən blokadaya alınmış, yanğın başlanmış, bütün şəhər, demək olar, yanmışdı. Hücumun birinci saatında bir çox dinc sakin mərmi atəşindən həlak olmuşdu.

Xocalıya hücumda 366-cı motoatıcı alayın hərbi qulluqçuları fəal iştirak edirdilər. Hərçənd ki, bu fakt qəti şəkildə inkar olunurdu. Komandanlığın qəti əmrinə baxmayaraq, “Krasnaya zvezda” qəzeti 1992-ci il martın 11-də 366-cı alayın hərbi əməliyyatlarda iştirakı faktını təsdiqlədi. Alayın təxliyəsi zamanı isə desantçılar seçmə üsulla bir neçə hərbi qulluqçunu yoxladılar və onlardan böyük məbləğdə pul, o cümlədən xarici valyuta aşkar etdilər”, - deyə Arye Qut qeyd edir.

Məqalə müəllifi 1992-ci ilin əvvəlində 97-ci əlahiddə mühəndis bölməsində xidmət etmiş, hücumda 366-cı motoatıcı alayın əsasən milliyyətcə erməni olan hərbi qulluqçularının iştirakını təsdiqləyən Yuri Girenkonun fikirlərindən sitat gətirir. “Sual yaranır: ermənilərlə azərbaycanlılar arasında qarşıdurmanın qaynar nöqtəsində yerləşdirilmiş sovet batalyonunda nə üçün məhz əsasən ermənilər olub? Cavab gün kimi aydındır, bu əvvəlcədən planlaşdırılmış və düşünülmüşdü. Özü də nəzərə almaq lazımdır ki, batalyon yaxşı silahlanmışdı, azərbaycanlı kəndlilərdən isə hücumdan xeyli əvvəl ov tüfənginədək bütün silahları yığışdırmışdılar.

Hadisələrə qayıdaq. Alaydakı ermənilər əsgərlər, habelə digər millətlərdən könüllülər toplayıb Xocalıya qanlı hücuma keçdilər.

Cəmi bir gecədə Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri - Xocalı şəhəri dağıdıldı və yandırıldı. Bu faciə bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələri şəhəri və onun ətraflarını tərk etməyə macal tapmayan xocalılardan heç birinə aman vermədilər.

Xocalı sakinləri gecə saat 2-də 100-300 metr eni olan dəhlizlə şəhəri tərk etməyə cəhd edərkən avtomat və pulemyot atəşləri ilə dərhal öldürüldülər”, - deyə Arye Qut İsrailin nüfuzlu “The Jerusalem Post” ingilis dilli qəzetində yazır.

“Erməni silahlı birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər qətlə yetirildi, 487 insan əlil oldu, 1275 dinc sakin, o cümlədən qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qaldılar. Xocalı şəhərinin mülki əhalisinin qəsdən kütləvi şəkildə məhv edilməsinin yeganə səbəbi bu insanların azərbaycanlı olması idi. Xocalının 150 sakini şəhərin şərq hissəsində öldürüldü. Kütlə vahiməyə düşmüşdü. Yol qar və qana bulaşmış cəsədlərlə dolu idi. Qaçqınların bir hissəsi Qarqar çayını keçə bildilər. Dinc sakinlər yaxınlıqdakı dağlarda gizlənməyə çalışdılar, lakin əksəriyyəti səhərədək donub öldü. Həmin gecə donub ölmüş insanların ümumi sayını hesablamaq mümkün deyildi. Statistik hesabatlara görə, onların əksəriyyəti indi də “itkin düşmüş” hesab olunur”, - deyə israilli ekspert qeyd edir.

Məqalə müəllifi yazır ki, Xocalının bütün sakinləri öldürüldükdən, girov götürüldükdən və şəhəri tərk etdikdən sonra erməni əsgərləri Xocalını cəld nəzarətə götürdülər, onların bir məqsədi də qətliamın miqyasını gizlətmək idi.

“Azərbaycan helikopterləri cəsədləri götürməyə çalışırdılar, lakin onlar daim atəşə tutulurdu. Ölənlərin əksəriyyətini nəqliyyat vasitələrində, əsasən də yük maşınlarında daşıyırdılar. Lakin 150 nəfərin taleyi hələ də məlum deyil. Ermənistan tərəfindən törədilmiş Xocalı qətliamı beynəlxalq hüquqa zidd olub, Cenevrə konvensiyalarını və İnsan Haqları Haqqında Bəyannamənin (BMT-nin Baş Məclisi tərəfindən 1948-ci il dekabrın 10-da qəbul edilib) 2, 3, 5, 9 və 17-ci maddələrini pozub”, - deyə Arye Qut vurğulayır.

“Ağzınadək xalça, çaynik və qazanla yüklənən əzilmiş, şinsiz maşınlar yolda uğuldayırdı, - deyə amerikalı jurnalist Tomas Qolts yazır. Maşınların tüstüsündə boğulan, döşəklərin və dəmir çarpayıların ağırlığı altında əzilən insanlar pambıq daşımaq üçün kuza qoşulmuş traktora çatmağa çalışırdılar, orda cındır geyimdə, çirk içində olan uşaqlar və vaqqıldayan ördəklər var idi. Dəstənin arxasında eşşəyə minmiş və ya qatırın yedəyindən tutmuş kişilər gəlirdi, ayaqyalın çobanlar isə hürkmüş qoyun, inək və buzovları yaxından keçən yük maşınlarının altına düşməkdən qorumağa çalışaraq onları qovurdular”.

Qutun sözlərinə görə, azərbaycanlı qaçqınların öz torpaqlarından çıxması İkinci Dünya müharibəsindən bəri Avropada ən kütləvi tərketmə idi. “Odlar yurdu və onun xalqı cəhənnəm astanasında - satılmış, aldadılmış, atılmış vəziyyətdə qalmışdı... Xocalı şəhəri Azərbaycan ərazilərinin işğalının və etnik təmizlənməsinin növbəti mərhələsi idi, sarsıdıcı qəddarlıq qarşısında vahimə və qorxu yaradılması idi. Bu, təkcə bir nəslin faciəsi deyil, həm də bəşər tarixində ən dəhşətli cinayətlərdən biridir!

İsrail KİV-lərinin nümayəndələri ilə birlikdə mən Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Xocalının sağ qalmış sakinləri ilə dəfələrlə görüşmüşəm. İnanın, onlar erməni vəhşiliyi və yırtıcılığı haqqında elə dəhşətli şeylər danışırdılar ki, onları yazmaq belə eyibdir. Onlar bizə işgəncələrin izlərini göstərirdilər”, - deyə Arye Qut İsrailin nüfuzlu “The Jerusalem Post” ingilis dilli qəzetində vurğulayır.

Sonra müəllif oxuculara Xocalı soyqırımı şahidlərinin söylədiklərini təqdim edir.

ONLAR İTTİHAM EDİR
İNSAN TALELƏRİNİN ƏKS-SƏDASI
XOCALI SOYQIRIMININ ŞAHİDLƏRİ

Mayor Leonid Kravets, Rusiya Hərbi Hava Qüvvələrinin helikopterinin pilotu: “Mən Stepanakertdən yaralıları daşıyır və Əsgəran darvazasından keçməklə geri qayıdırdım. Qəflətən yerdə naməlum parlaq ləkələr gördüm. Helikopteri bir qədər aşağı endirdim, bu arada bortmexanik qışqırdı: “Baxın, orada qadınlar və uşaqlar var”. Mən özüm də gördüm ki, təxminən iki yüz nəfərin cəsədləri yamaca səpələnib, əllərində silah olan insanlar bu cəsədlərin arasında gəzişirdi. Sonra biz cəsədləri götürmək üçün həmin ərazinin üstündən uçurduq. Yerli milis kapitanı da bizimlə idi. O, özünün dörd yaşlı oğlunun parçalanmış başını görəndə huşunu itirdi. Ermənilər bizi atəşə tutana qədər başqa bir uşağın da meyitini götürməyə macal tapdıq. Bu uşağın başı kəsilmişdi. Ətrafda qadınların, uşaqların və qocaların eybəcər hala salınmış cəsədləri vardı. Aşkar görünürdü ki, bu adamların çoxu qaçmağa cəhd göstərərkən onlara yaxın məsafədən atəş açılıb, bəzilərinin sifətləri eybəcər hala salınmışdı”.

Elman Məmmədov, Xocalının sabiq icra başçısı: “80-ci illərin ortalarına qədər Xocalı Dağlıq Qarabağda kiçik bir şəhər idi. 90-cı illərin əvvəlində Ermənistandan qovulmuş azərbaycanlı qaçqınların və Özbəkistandan qovulmuş mesheti türklərinin hesabına Xocalının əhalisi artmağa başladı. Bu şəhərin sakinlərinin sayı 10 minə çatdı, o, Dağlıq Qarabağda azərbaycanlı əhalinin sayına görə Şuşadan sonra ikinci şəhər oldu”.

İsay Svirski, Azərbaycanın Əməkdar İnşaatçısı, İsrail vətəndaşı: “Mən Xocalı şəhərini inşa edənlərdən biriyəm. Burada dinc, olduqca qonaqpərvər, xoşbəxt insanlar yaşayırdı. Milli düşmənçilik hissləri onlara yad idi. Bu insanlar övladlarını böyüdür, işıqlı gələcək barədə xəyallara dalır, yaşayış evləri, məktəblər, uşaq bağçaları, körpələr evləri tikir, yollar salırdı. Heç vaxt düşünməzdim ki, orada belə hadisələr baş verə bilər”.

Ramin Həsənov, Xocalı qaçqını: “Mənim uşaqlıq illərim orada, Xankəndidə keçib. Biz rus və erməni uşaqları ilə birlikdə bağçaya, məktəbə gedir, onların çoxu ilə dostluq edir, müxtəlif oyunlar oynayırdıq. Heç vaxt ağlıma gəlməzdi ki, bir neçə ildən sonra ermənilər bizə silah qaldıracaq, bizi öldürəcəklər. Biz birgə olanda hamımız üçün yaxşı idi. Heyf!”

Lalə Ələsgərova, Xocalı qaçqını: “Mən Ağdamda doğulmuşam, Xocalıda çoxlu qohumlarımız vardı. Qızım Xocalıda ərə getmişdi və orada yaşayırdı. Onlar çox yaxşı yaşayırdılar, erməni tanışlarımız çox idi, bir-birimizin evinə qonaq gedirdik. İkinci Dünya müharibəsinin ən çətin dövründə biz onlara kömək etmişik, acından ölməyə qoymamışıq, sonra isə hər şey tərsinə oldu. Belə çıxır ki, bizim bədxah qonşularımız əsl yırtıcı simalarını gizlədirmiş”.

Asiya Abdullayeva, Ermənistandan olan qaçqın: “Xocalı əhalisinin bir hissəsi Ermənistanda öz tarixi torpaqlarından qovulmuş azərbaycanlılardır. Onları Ermənistandan vəhşicəsinə qovublar. Zavallı mesheti türkləri isə neçə dəfə yerlərini dəyişib! Burada onlar özlərinə yeni Vətən tapmışdı. Məgər başqa məzhəbə mənsub olmaları və sonradan Azərbaycanın bir hissəsinə çevrilmələri onların təqsiridirmi?!

Dürdanə Ağayeva, Xocalıdan olan rabitəçi: “Mənim susmağa haqqım yoxdur. Mən erməni əsirliyindən salamat qurtarmışam. Bəlkə də hər şey barədə açıq danışmağıma görə kimlərsə məni qınayacaq, amma mən susmayacam, çünki mənim başıma gələnlər övladlarımın da başına gələ bilər. Meşədən keçərək Xocalıdan qaçanlar və xilas ola bilənlər mənim başıma gələnləri görməyiblər. Onlar müharibəni görüblər, amma erməniləri görməyiblər. Baş verən hadisə barədə ətraflı danışmayanlar düz hərəkət etmirlər. Bizim uşaqlarımız həqiqəti bilməlidirlər, düşmənlərinin kim olduğunu bilməlidirlər. Düşmənə qalib gəlmək üçün bunu bilmək vacibdir.

Müharibə başlananda və Xocalı blokadaya alınanda qardaşım səngərlərdə vuruşur, mən özüm isə rabitəçi kabinəsində döyüşürdüm. Bizim bütün ailəmiz vuruşurdu. Atışma başlananda qonşumuz Teyyub əmi bizi öz evinin zirzəmisinə çağırdı. Təxminən saat on birin yarısında qonşumuz Şərqiyyə xala və onun qızı İradə dedilər ki, deyəsən atışma səngiyib. Onda biz öz evimizə getdik, lakin tezliklə məlum oldu ki, ermənilər bizimkiləri arxayın salmaq üçün taktiki kələk işlədiblər. Onlar aerodromu tutmaq üçün qəflətən hücuma keçdilər. Qapı açıldı və qonşumuz Abdulla dayı (onun ailəsi də bizim yanımızda idi) qorxmuş halda dedi: “Burada nə yığışmışınız? Camaat meşə ilə qaçır!”

Biz zirzəmidən çıxanda ətraf qan-qırmızı rəngə boyanmışdı - ermənilər ardınca işıqlı iz buraxan mərmilər atırdılar. Qorxunc mənzərə yaranmışdı. Biz sürünə-sürünə meşə tərəfə yönəldik. İmkan düşəndə qaçırdıq, atəş şiddətlənəndə isə qarın üstü ilə sürünürdük. Bu arada bir güllə mənim topuğuma dəydi. Artıq qaça bilmirdim, sürünmək də çətinləşmişdi. Sonra nə olduğunu xatırlamıram.

Özümə gələndə ətrafda qan gölməçələri, kolların və ağacların üstündə qana bulaşmış paltar qırıntıları gördüm - insanlar sürətlə qaça bilmək üçün əyinlərindəki paltarları da cırıb atırdılar. Meyitlərin sayı-hesabı yox idi. Gecə vaxtı huşumu itirdim, ayılanda artıq səhər idi. Sürünə-sürünə çatdığımız yerdən Ağdamın Şelli kəndinə piyada 10 dəqiqəlik məsafə qalırdı. Dönüb geri baxdım, gördüm bizim həmkəndlimiz Valeh və onun arvadı Səadət gəlir. Onlar yaxın vaxtlarda evlənmişdi. Səadət hamilə idi. Mənim gözümün qabağında bir güllə düz onun qarnına, sonra daha bir neçə güllə bədəninin müxtəlif hissələrinə dəydi. Özü də atəşə tutulan Valeh “Səadət! Səadət!” deyə dəli kimi bağırır, əli ilə başına döyürdü. Səadət məndən bir yaş kiçik idi, 19 yaşı vardı, Valeh isə məndən üç yaş böyük idi. Mən sürünə-sürünə onlara yaxınlaşıb dedim: “Valeh, qorxma, o sağalacaq”, Valeh isə heç nə eşitmir, elə hey deyirdi: “Səadəti öldürdülər, Səadət daha yoxdur!”

Ətrafa göz gəzdirdim, lakin öz ailəmin üzvləri heç yerdə gözə dəymirdi - nə anam, nə qardaşlarım, nə də nənəm. Güllələr yağış kimi yağırdı. Mən sürünə-sürünə yolun kənarına çəkildim, labüd ölümdən xilas yolu axtaran insanların bədənləri ilə açılmış çuxura çatdım. Bir də ətrafa baxdım və qarşıda kiçik bir çuxurda qardaşımı gördüm. O, al-qan içində idi. Güllə onun sağ böyrünə dəymişdi. Valeh artıq arvadının meyitini qoruyacaq halda deyildi. O da mənim arxamca həmin çuxura tərəf süründü. Bizimlə Qamboy adlı bir köçkün də vardı. Xankəndindən 5 yaşlı oğlu ilə gəlmişdi. Biz - qardaşım, mən, Valeh, Qamboy və onun oğlu bu çuxurda uzandığımız vəziyyətdə əsir düşdük”.

Almas Xasıyeva, qaçqın: “Mən həmin humanitar dəhlizi xatırlayıram. Min nəfərə yaxın həmyerlim, qadınlar və uşaqlar erməni silahlılarının qarət obyektinə çevrildi. Bircə canımız qalmışdı, onu da ermənilər “azad dəhlizdə” aldılar. Onlar Naxçıvanik kəndinin yaxınlığında bizi atəşə tutdular, biz öz övladlarımızı, nəvələrimizi itirdik. Bizi hər şeydən, Vətəndən də məhrum etdilər”.

Rimma Xatilyeva, qaçqın: “O illərin kinoxronikasında atamın, anamın, qohumlarımın eybəcər hala salınmış cəsədlərini görəndə nifrətimin həddi olmur. Bizim təqsirimiz nə idi? Bəs ədalət mühakiməsi haradadır? O vaxtdan neçə il keçib, Xocalı qırğınının təqsirkarları olan qatillər isə hələ də cəzalandırılmayıb!”

Məqalənin müəllifi Arye Qutun fikrincə, bu gün müasir Ermənistanda hakimiyyətdə olan Serj Sarkisyan (indiki prezident), Seyran Ohanyan (keçmiş müdafiə naziri), Robert Koçaryan (sabiq prezident) və onlarca terrorçu Dağlıq Qarabağda, Azərbaycanın işğal edilmiş ərazilərində azərbaycanlıların qırğınını və onlara qarşı etnik təmizləməni bilavasitə təşkil edib, bu əməliyyatlarda iştirak ediblər.

İsrailli ekspert vurğulayır: “Ermənistan Respublikasının yuxarıda adları çəkilən yüksəkvəzifəli şəxslərinin Xocalı qırğınında iştirakını təsdiqləyən çoxsaylı materiallar, video-sənədlər, faciə şahidlərinin ifadələri var. Öz cinayətlərini gizlətməyə çalışan nasistlərdən fərqli olaraq bu şəxslərin bəziləri hətta xarici KİV-lərə müsahibə verməyə də utanmayıblar. Onlar həmin müsahibələrində Xocalıda azərbaycanlılara qarşı törətdikləri vəhşicəsinə cinayətlərə haqq qazandırmağa çalışır, bununla öyünürlər. Serj Sarkisyanın bu sözləri heç kəsin yadından çıxmayıb: “Xocalı hadisələrinə qədər azərbaycanlılar düşünürdülər ki, biz mülki əhaliyə əl qaldırmarıq. Biz bu stereotipi aradan qaldıra bildik”.

Xocalıda ağlasığmaz qəddarlıq və vəhşiliklə törədilmiş qanlı soyqırımı aktı XX əsrin sonunda baş vermiş ən dəhşətli faciələrdən biridir. Bu qırğının amansız, qəddar səhnələri azərbaycanlıların qəlbində sağalmaz bir yara kimi qalacaq”.

Qutun fikrincə, bu, hər birinin öz həyat tarixçəsi, öz ailəsi, uşaqlığı, arzuları və gələcəyi olmuş dinc Azərbaycan vətəndaşlarının kədəri və ağrısıdır. Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş bu qanlı qırğın və soyqırımı aktı nəticəsində həmin insanların arzuları və gələcəyi məhv edilib.

Beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilmiş məqaləsinin sonunda yazır: “Lakin Xocalıda soyqırımı aktı qurbanlarının bir ümumi dərdi var: bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədənlər hələ də beynəlxalq ədalət məhkəməsi qarşısında dayanmayıb, cəzasız qalıblar. İkinci Dünya müharibəsinin sonunda nasistlərin əksəriyyəti Nürnberq prosesində beynəlxalq məhkəmə qarşısında dayandı, amma onlardan fərqli olaraq Azərbaycanın dinc vətəndaşlarının Xocalıda kütləvi şəkildə qətlə yetirilməsinin ideoloqları və icraçıları müasir Ermənistan respublikasında sərbəst yaşayır.

Cinayət cəzasız qalmamalıdır, cinayətkarlar Xocalıda bu soyqırımı aktının təşkilinə və həyata keçirilməsinə görə cəzalandırılmalıdır!

Biz Xocalıya ədalət tələb edirik!”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələn ilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib