Tomas Tuxel İngiltərə millisinin baş məşqçisi təyin olunub
Bakı, 16 oktyabr, AZƏRTAC
Tomas Tuxelin İngiltərə millisinin baş məşqçisi vəzifəsinə təyinatı rəsmiləşib.
AZƏRTAC İngiltərə Futbol Assosiasiyasının saytına istinadən xəbər verir ki, 51 yaşlı almaniyalı mütəxəssisin müqaviləsi 2025-ci il yanvarın 1-də qüvvəyə minəcək. Sözləşmənin müddəti 2026-cı ilin iyul ayına qədər nəzərdə tutulub.
Yığmaya bu ilin sonunadək müvəqqəti olaraq Li Karsli rəhbərlik edəcək.
Qeyd edək ki, Tomas Tuxel daha əvvəl Almaniyanın "Borussiya" (Dortmund) və "Bavariya", Fransanın PSJ və İngiltərənin "Çelsi" klublarını çalışdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]