Topaz Premyer Liqasının 23-cü turuna yekun vurulub
Bakı, 15 aprel, AZƏRTAC
Topaz Premyer Liqasının 23-cü turuna iki paytaxt klubunun qarşılaşması ilə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşması Zirə İdman Kompleksində keçirilib. Rəhim Həsənovun idarə etdiyi oyunda "Neftçi" klubu böyük hesablı qələbə qazanıb. Oyunun 9-cu dəqiqəsində qayda pozuntusuna görə hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini Rəhman Hacıyev dəqiq yerinə yetirərək hesabı açıb - 0:1. Hər iki komandanın səylərinə baxmayaraq birinci hissə bu hesabla başa çatıb.
Fasilədən sonra 51-ci dəqiqədə qayda pozuntusuna görə hakim Yani Urdinovu meydandan kənarlaşdırıb. Hakimin əsas vaxta əlavə etdiyi birinci dəqiqədə qonaqlar ikinci topu rəqib komandanın qapısından keçirib, İqnasio Hererra adını tabloya yazdırıb - 0:2. Bununla kifayətlənməyən neftçilər iki dəqiqə sonra yenə də fərqləniblər, Rəşad Sadıqov oyunda son nöqtəni qoyub - 0:3.
Beləliklə derbidə qazanılan qələbədən sonra "Neftçi" 34 xalla beşinci, "Zirə" isə 35 xalla dördüncü yerdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]
Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər
- 02.10.2026 [10:09]
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
- 02.10.2026 [10:03]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq
- 02.10.2026 [09:50]