TORPAQ MÜLKİYYƏTÇİLƏRİ RAZILIQ EDİRLƏR
AZƏRTAC xəbər verir ki, Şəmkirin Sabirkənd kəndinin torpaq mülkiyyətçiləri bundan sonra əkin sahələrinin suvarılmasında çətinlik çəkməyəcəklər. Bu günlərdə Zəyəm çayından kəndə çəkilən 4 kilometrlik suvarma kanalı bu sahədə olan problemləri həll etmişdir. Kanalın açılış mərasimində çıxış edən kənd sakinləri onlara göstərilən bu qayğıya görə ölkəmizin başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.