Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuz rayonu ictimaiyyətinin nümayəndələri ilə görüş

Tovuz rayonu ictimaiyyətinin nümayəndələri ilə görüş

Tovuz, 9 fevral (AZƏRTAC). Fevralın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Tovuz rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Prezident İlham ƏLİYEV tovuzlulara müraciətlə dedi: - Mən sizi ürəkdən salamlayıram. Bu gün Tovuzda çox yaxşı açılış tədbirlərində iştirak etmişəm. Olimpiya kompleksinin istifadəyə verilməsini qeyd etdik, süd zavodu açıldı, böyük istirahət parkının açılışı çox xoş təəssürat doğurdu. İndi isə bu Tovuz rayonu üçün çox vacib infrastruktur layihəsi olan yolun açılışında bərabər iştirak edirik.

Siz yaxşı bilirsiniz ki, bu yolun çox böyük mənası, əhəmiyyəti var. Bu yol 40-dan çox kəndi birləşdirir, bu kəndlərdə 20 mindən artıq vətəndaş yaşayır. İndi kəndlərarası əlaqələr yaranıb, ən ucqar kəndlərlə rayon mərkəzi arasındakı məsafə azalıbdır. Yol rahatlıq deməkdir, inkişaf deməkdir. Bu yol həm insanlara rahatlıq verəcək, həm o bölgələrin inkişafı üçün şərait yaradacaq və həm də yəqin ki, gələcəkdə turizmin inkişafı üçün əlavə tədbirlər görüləcəkdir. Hər halda, yol olan yerdə inkişaf da olur. Azərbaycanda yolların tikintisi sürətlə gedir. Bakı-Gürcüstan sərhədi yolu, demək olar ki, hazırdır. Onun cüzi bir hissəsi qalıbdır, bu ilin yayına qədər o da istifadəyə veriləcəkdir. Beləliklə, 500 kilometrlik yol tam hazır vəziyyətdə olacaqdır.

Bütün başqa istiqamətlərə gedən yollar da abadlaşır, şimal-cənub istiqamətlərinə gedən magistral yollar, şəhərlərarası yollar tikilir. Növbəti illərdə kənd yollarının tikintisi bizim üçün prioritet məsələ olacaqdır, çünki bu sahəyə böyük investisiyalar qoyulmalıdır. Hazırda bütün bölgələrdə kənd yolları tikilir. Qərb zonasında, cənubda, şimalda, mərkəzi rayonlarda - harada buna ehtiyac varsa, biz bunu edəcəyik. İnvestisiya proqramına da bu məsələlər salınıb və əminəm ki, yaxın bir neçə il ərzində biz əsas kənd yollarını yaxşı vəziyyətə gətirib çatdıracağıq.

Bu yolu mən indi özüm yoxlayacağam. Mənə verilən məlumata görə yol keyfiyyətlidir. Buna şübhə etmirəm, amma hər halda özüm də gərək bunu yoxlayım.

Bütövlükdə Tovuz rayonunda gedən işlər məni çox sevindirir. Bilirsiniz ki, mən dəfələrlə Tovuz rayonunda olmuşam, müxtəlif tədbirlərdə iştirak etmişəm. Məsələn, Olimpiya mərkəzinin təməlini biz üç il bundan əvvəl qoyduq, indi gözəl bir mərkəz yaranıbdır. Tovuzda sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatının inkişafı, infrastruktur layihələrinin icrası, abadlıq-quruculuq işləri - siz tovuzlular bunları yaxşı bilirsiniz. Son illər ərzində burada görülən işlər Azərbaycanda gedən işlərin bir hissəsidir. Ölkəmizdə hər bir bölgədə, hər bir rayonda böyük quruculuq işləri aparılır və belə də olmalıdır. Biz 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramını qəbul edəndə məqsədimiz məhz bundan ibarət idi ki, ilk növbədə ölkəmizin rayonları, ölkəmizin kəndləri inkişaf etsin. O vaxt mən bildirmişdim, bu gün bir də demək istəyirəm, əgər hər bir kəndin problemi həll olunarsa, deməli, ölkədə bütün problemlər həll ediləcəkdir. Bunu etmək üçün bizdə həm siyasi iradə var, həm maliyyə imkanlarımız, həm də düşünülmüş strategiyamız və planlarımız vardır. Biz öz işimizi planlar əsasında qururuq, hər bir rayonun inkişafı üçün xüsusi proqram tərtib, təsdiq olunubdur. Ancaq müəyyən mərhələlərdə bu proqramlara əlavələr də edilir, çünki həyat yerində durmur, ortaya yeni məsələlər çıxır və biz bu məsələlərə operativ şəkildə münasibətimizi bildirməliyik.

Tovuz rayonunda kənd təsərrüfatının inkişafı üçün çox böyük imkanlar vardır. Mən hesab edirəm ki, əlbəttə, görülən işlər təqdirəlayiqdir, amma gələcəkdə daha da böyük işlər görülməlidir. Maldarlıq, üzümçülük, taxılçılıq sahələrində böyük işlər görülə bilər. Beləliklə, Azərbaycan tam şəkildə öz ərzaq təhlükəsizliyini təmin edəcəkdir. Bu istiqamətdə biz böyük addımlar atmışıq. İndi əsas ərzaq məhsulları ilə özümüzü təmin edirik və ixrac da edirik. Amma gələcəkdə başqa ölkələrin bazarlarına hazır, keyfiyyətli məhsullarla çıxmalıyıq. Bu gün hələlik, biz qeyri-neft məhsullarımızı qonşu ölkələrə ixrac edirik, yəni bizim üçün əsas bazarlar qonşu ölkələrdir. Amma gələcəkdə Avropa bazarlarına daha da geniş şəkildə çıxmalıyıq. Bunu etmək üçün bizdə istehsal edilən məhsullar Avropa İttifaqının standartlarına uyğun olmalıdır. Bunu da biz artıq görürük, bizdə yaradılan müəssisələrin bir çoxu o standartlara cavab verir. Beləliklə, Azərbaycanın ixrac potensialı çoxşaxəli, daha da geniş olacaq, daha çox gəlir gətirəcək və insanların həyat səviyyəsi yaxşılaşacaqdır. Bizim əsas məqsədimiz məhz bundan ibarətdir - insanlar yaxşı yaşasınlar, ölkə iqtisadiyyatı inkişaf etsin. Bu iki istiqamətdə görülən işlər, bax bugünkü reallıqları mümkün edibdir.

Azərbaycan bütün sınaqlardan şərəflə çıxa bilmişdir, dünyada hökm sürən böhrandan şərəflə çıxa bilmişdir. İqtisadi sahədə irəliləyiş var, sosial məsələlərin həllində irəliləyiş var, maaşlar, pensiyalar artırılır, sosial ödəmələr artırılır, manatın məzənnəsi sabitdir, iş yerləri açılır. Yəni bütün bunlar hər bir ölkəni fərqləndirən əlamətlərdir. Mən çox şadam ki, ölkəmizin iqtisadiyyatı artıq dayanıqlı iqtisadiyyatdır.

Bununla bərabər, mövcud olan problemləri də operativ qaydada həll etməliyik. Həm iqtisadi sahədə, həm də sosial sahədə, ictimai sahədə bütün problemlər tezliklə öz həllini tapmalıdır. Azərbaycanda görülən işlər dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsində olmalıdır. Biz o səviyyəyə qalxmalıyıq. Biz ona yaxınlaşmışıq, bir çox hallarda lap yaxınlaşmışıq. Amma hələ böyük işlər görülməlidir. Ölkəmizdə bütün işlər - iqtisadiyyat, sosial siyasət və bütün başqa məsələlər müasir səviyyədə olmalıdır. İnsanlar rahat yaşamalıdır, sosial ədalət prinsipləri tam şəkildə bərqərar olmalıdır. Nöqsanlarla çox ciddi mübarizə aparılmalıdır və aparılır. Bu sahədəki fəaliyyətimizi daha da gücləndirməliyik. Bu ilin əvvəlində mən bu məsələlərlə bağlı müvafiq göstərişlər vermişəm: Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu barədə kifayət qədər qanunvericilik bazası mövcuddur, göstərişlər verilmişdir, sərəncamlar imzalanmışdır. Elə etməliyik ki, Azərbaycanda bu xoşagəlməz halları aradan götürək. Bunu etmək üçün isə gərək biz hamımız - həm iqtidar, həm vətəndaşlar bir hədəfə vurmalıyıq.

Mən istəyirəm ki, Azərbaycan sözün əsl mənasında müasir, inkişaf etmiş dövlətə çevrilsin, Azərbaycanda bütün meyarlar yüksək səviyyədə olsun. Bunu etmək üçün bizdə imkanlar var. Bir daha demək istəyirəm ki, ilk növbədə, siyasi iradə var, iqtisadi müstəqillik var, siyasi müstəqillik var və gözəl, istedadlı xalqımız var. Şübhə etmirəm ki, bütün bu amillərin sayəsində biz yaxın zamanlarda daha da böyük uğurlara nail olacağıq.

Biz bu il müstəqilliyimizin 20 illik yubileyini qeyd edəcəyik. Bu, böyük tarixdir və böyük mərhələnin başa çatması deməkdir. Mən çox şadam ki, bu 20 il ərzində Azərbaycan nəinki öz müstəqilliyini qoruya bilmişdir, həm də bu yolda çox böyük uğurlara nail olmuşdur. Müstəqilliyimiz möhkəmlənir, dövlətçiliyimiz möhkəmlənir. Bizim siyasi addımlarımız, həm ölkə daxilindəki, həm beynəlxalq müstəvidəki addımlarımız Azərbaycan xalqının maraqlarına xidmət edir. Biz öz sözümüzü müxtəlif tribunalardan deyirik, öz mövqeyimizi bildiririk. Hər bir məsələ ilə bağlı, hər bir beynəlxalq hadisə ilə bağlı bizim öz müstəqil mövqeyimiz var və bu mövqeyi müdafiə edirik. Azərbaycanın dövlətçiliyini, ictimai-siyasi quruluşunu müdafiə edirik və müdafiə edəcəyik. Bu, bizim yolumuzdur. Bu yolu Azərbaycan xalqı seçibdir. Biz bu yolla gedəcəyik və heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Bu, inkişaf yoludur, müasirlik yoludur. Eyni zamanda, bizim bütün işlərimiz milli dəyərlər, milli ənənələr üzərində qurulubdur. Bu, bizim gücümüzün əsas mənbəyidir. Ancaq biz gələcəyə baxmalıyıq. Müasir ölkə qurmaq üçün dünyada bizim milli mentalitetimizə uyğun olan ən qabaqcıl təcrübəni ölkəmizdə tətbiq etməliyik.

2011-ci il yaxşı başlayır, yaxşı tədbirlərlə başlayır. Mən 2011-ci ildə sizə - bütün tovuzlulara yeni uğurlar arzulayıram. Əminəm ki, bizim görüşlərimiz hələ çox olacaq, çünki Tovuzda açılışlar hələ çox olacaqdır.

X X X

Rayon sakini Fəxrəddin ƏHMƏDOV tovuzlular adından minnətdarlıq edərək dedi: - Cənab Prezident, icazə verin, bütün tovuzlular adından Sizi salamlayım. Tovuza xoş gəlmisiniz! Bu gün sazlı-sözlü Tovuzun ən xoşbəxt günlərindən biridir. Çünki Tovuzun ən sevimli qonağı İlham Əliyev bizim qonağımızdır.

Yol çəkmək, körpü salmaq savab işdir. Yol həyatdır, iqtisadiyyatdır, yol insanların rahatlığı, yaşayışı deməkdir. Bu gün artıq Tovuz-Böyük Qışlaq-Qaralar yolu tam istifadəyə verilmişdir. Bir neçə il bundan əvvəl mən Quba-Xınalıq yolunun açılışını respublika televiziyasında izlədim və bir azərbaycanlı kimi çox sevindim. Sevindim ona görə ki, artıq ölkəmizin iqtisadiyyatı güclənmişdir. Ən ucqar dağ kəndlərinə asfalt yol çəkməyə imkan verir. Digər tərəfdən, ürəyimdə belə bir arzu baş qaldırdı ki, kaş belə yollar bizim rayonda da çəkilərdi. Sizin Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncamınızı Tovuzda böyük ruh yüksəkliyi ilə qarşıladıq. O gün Tovuz əsl bayram edirdi: bir-birini təbrik edən kim, qurban kəsən kim, çalıb-oxuyan kim.

53 kilometrlik bu yol Tovuzun ən ucqar kəndini rayon mərkəzi ilə birləşdirir. Bu yol strateji əhəmiyyəti olan yoldur. Ona görə ki, bu yolun üstündə olan 43 kəndin yarıdan çoxu ermənilərlə sərhəddə yerləşir. Biz mənfur düşmənlə həmişə üzbəüz dayanmışıq. Bu yolun əhəmiyyəti bir də ondadır ki, füsunkar gözəlliklərə malik olan dağ kəndlərimizdə gələcəkdə turizmin inkişafı üçün böyük imkanlar vardır.

Cənab Prezident, Siz nə iş görürsünüzsə görün, onun arxasında Azərbaycan xalqının firavan, xoşbəxt yaşayışı durur. Biz tovuzlular bir daha bunun şahidi olduq. Bu gün Olimpiya kompleksinin açılışı, istirahət parkının istifadəyə verilməsi buna bariz nümunədir.

Cənab Prezident, icazə verin, rayonumuza göstərdiyiniz diqqət və qayğıya görə tovuzlular adından Sizə bir daha səmimi təşəkkürümü bildirim. Sizə cansağlığı, uzun ömür arzulayırıq. Allah Sizi qorusun, yolunuz işıqlı, nurlu olsun. Çox sağ olun!

X X X

Sonra xatirə şəkli çəkdirildi.

######

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

® Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans

Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib

Siyasi şərhçi: Azərbaycanın beynəlxalq platformalardakı fəallığı siyasi etimadın göstəricisidir

“Azərpambıq”da İndoneziya ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir VİDEO

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir VİDEO

Milli Məclisin deputatı: Azərbaycan diplomatik aktivlik coğrafiyasını genişləndirir

Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq

ÇXR Sədrinin xüsusi nümayəndəsi AQEM-in Zirvə toplantısı üçün Azərbaycana səfər edəcək

İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb