TOVUZDA BİLİK GÜNÜ QEYD OLUNMUŞDUR
Tovuz rayon təhsil şöbəsinin müdiri Şəmil Alıyev AZƏRTAC-a bildirmişdir ki, sentyabrın 15-də rayonun bütün təhsil ocaqlarında ilk dərs ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuşdur. Şagirdlərə dünya şöhrətli siyasi xadimin mənalı həyatından, respublikaya rəhbərlik etdiyi illərdə qazanılan müvəffəqiyyətlərdən danışılmış, ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi xarici və daxili siyasət haqqında ətraflı məlumat verilmişdir.
Bundan əlavə, Təhsil Nazirliyinin vəsaiti hesabına Mahir Ələkbərov adına məktəb, yerli büdcənin hesabına isə Qovlar qəsəbə 3 nömrəli və Məharət Məmmədov adına məktəblər əsaslı təmir edilərək şagirdlərin istifadəsinə verilmişdir.
Rayonun 85 məktəbində 29 min 984 şagird təhsil alır. Bu dərs ilində birinci sinfə gedənlərin sayı isə 2970 nəfərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]