Tovuzda karantin qaydalarını pozan koronavirus xəstəsi barəsində cinayət işi başlanıb
Bakı, 28 noyabr, AZƏRTAC
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus testinin nəticəsi pozitiv çıxan İbrahimhacılı kənd sakini Sakit Gülməmmədovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq Qazax rayonuna getdiyini aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, müəyyənləşdirilmiş tibbi prosedurlar gözlənilməklə S.Gülməmmədov yaşadığı evə göndərilib. Onun barəsində Tovuz Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanıb. Hazırda faktla bağlı təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]