TOVUZLU GƏNCLƏR HƏRBİ XİDMƏTƏ GEDİRLƏR
Mərasimdə rayonun hərbi komissarı polkovnik-leytenant Felqam Mustafayev, müharibə və əmək veteranları, ziyalılar, valideynlər gənclərə müstəqil dövlətimizin ordusunda xidmət keçməyin şərəfli və müqəddəs vəzifə olduğunu xatırlatmış, onlara işğal altında olan ərazilərimizi azad etmək üçün hərbi biliklərə və texnikaya daha mükəmməl yiyələnməyi tövsiyə etmişlər.
Çıxış edən çağırışçı gənclər ləyaqətlə xidmət edəcəklərini bildirmiş, düşmən tapdağında olan torpaqlarımızın azadlığı üçün Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyevin əmrinə daim hazır olacaqlarına söz vermişlər.
Sonra gənclər musiqi sədaları altında hərbi hissələrə yola düşmüşlər.