Tovuzun xalq teatrı “Xocalıdan qan axanda” tamaşasını təqdim edib
Tovuz, 24 fevral, Famil Quliyev, AZƏRTAC
Tovuz Rayon Mədəniyyət Evində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar “Xocalıdan qan axanda” adlı tamaşa nümayiş etdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri, N saylı hərbi hissənin əsgər və zabitləri əvvəlcə mədəniyyət evinin foyesində Xocalı faciəsinə həsr olunan foto və rəsm sərgisinə baxıblar.
Sonra iştirakçılar xalq teatrının təqdim etdiyi, ssenari müəllifi rayon mədəniyyət evinin direktoru Asif Qasımov olan “Xocalıdan qan axanda” tamaşasına baxıblar.