TPG-500 PLATFORMASI XƏZƏR DƏNİZİNDƏ ƏN NƏHƏNG QURĞU OLACAQDIR
“Şahdəniz” qaz-kondensat yatağının istismarı bu platforma vasitəsilə aparılacaqdır. 12 blokdan və 680 paneldən ibarət olan platformada 120 nəfərin rahat yaşaması və işləməsi üçün hər cür şərait yaradılır. Teknip Məritaym Ofşor Limited (TMOL) şirkətinin idarə etdiyi bu layihə üzrə ən mühüm işlər Zığ tikinti-quraşdırma sahəsində görülür. Burada dünya səviyyəli dəniz tikinti-quraşdırma sahəsi yaradılmışdır.
Platformanın gövdə hissələri ayrı-ayrılıqda Sinqapurda quraşdırılmış və Volqa-Don kanalı ilə Bakıya gətirilmişdir.
Zığ sahəsinə gətirilərkən çəkisi 13 min 500 ton olan platformada bütün quraşdırma işləri başa çatandan sonra onun ümumi çəkisi 35 min ton olacaq və Xəzərdə ən nəhəng qurğu sayılacaqdır. Birinci mərhələdə platformadan 14 quyu qazmaq nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [14:02]
Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb
- 08.10.2026 [14:02]
“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb
- 08.10.2026 [13:12]