Tramp Avropa ölkələrinə fevralın 1-də qüvvəyə minməsi planlaşdırılan tarifləri dayandırıb
Vaşinqton, 21 yanvar, AZƏRTAC
“NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyim çox məhsuldar görüşə əsasən, Qrenlandiya və əslində bütün Arktika bölgəsi ilə bağlı gələcək razılaşmanın çərçivəsini formalaşdırdıq”.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb. O bildirib ki, fevralın birində qüvvəyə minməsi planlaşdırılan tarifləri tətbiq etməyəcəyək.
“Bu həll yolu tətbiq olunarsa, Amerika Birləşmiş Ştatları və bütün NATO ölkələri üçün əla olacaq. Qrenlandiya məsələsi çərçivəsində “Qızıl qübbə” ilə bağlı əlavə müzakirələr aparılır. Müzakirələr irəlilədikcə əlavə məlumatlar təqdim ediləcək. Vitse-prezident C.D. Vens, dövlət katibi Marko Rubio, xüsusi elçi Stiv Uitkoff danışıqlara cavabdeh olacaqlar”, - deyə Tramp əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:05]
Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb
- 08.06.2026 [14:27]
İyunun 8-i Ümumdünya Okeanlar Günüdür
- 08.06.2026 [14:25]
Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]