Tramp Maduronu vəzifəsindən getməyəcəyi təqdirdə güc tətbiqi ilə hədələyib
Bakı, 30 noyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronu vəzifəsindən getməyəcəyi təqdirdə güc tətbiqi ilə hədələyib. AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat verib.
“Tramp Maduroya bildirib ki, könüllü olaraq istefa verməsə, ABŞ güc tətbiqi də daxil olmaqla digər variantları nəzərdən keçirəcək”, - deyə məlumatda bildirilir.
Bir gün əvvəl Tramp Venesuela üzərində hava məkanının bağlandığını elan etmişdi. Bəyanat Karib dənizində ABŞ hərbi qüvvələrinin artması fonunda verilib.
“Washington Post” qəzeti ABŞ hərbi təyyarələrinin Venesuela ətrafındakı ərazilərdə daim patrul xidməti apardığını bildirib. Amerika mediası dəfələrlə ABŞ-ın tezliklə hücum edə biləcəyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]