Tullantıların idarə olunması sahəsində gənclərin maarifləndirilməsi davam etdirilir
Bakı, 10 iyul (AZƏRTAC). Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq ekoloji düşərgədə “Təmiz Şəhər” ASC-nin layihələrin idarə olunması və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov təlimçi kimi iştirak etmişdir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, O.Məmmədov iştirakçılara “yaşıl düşüncə” və tullantıların azaldılması, təkrar istifadə, bərk məişət tullantıları anlayışı, tullantıların idarə olunmasının ekoloji əsasları haqqında geniş məlumat vermişdir.
Təlim zamanı, həmçinin Azərbaycanın bu sahədə təcrübəsi, tullantıların idarə olunması istiqamətində görülmüş işlər, irimiqyaslı layihələr və ASC-nin fəaliyyəti barədə də söhbət açılmışdır.
Qeyd olunmuşdur ki, bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları ötən ilin sonlarında tam istifadəyə verilmişdir. Dördüncü nəsil texnologiyaların tətbiqi ilə qurulmuş və Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verən Bərk Məişət Tullantılarının Yandırılması Zavodu istehsal gücünə görə Şərqi Avropa və MDB məkanında bu tipli ən iri müəssisədir.
Sonda ASC-nin nümayəndəsi iştirakçıların suallarını cavablandırmış və gəncləri ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırmışdır.
Düşərgədə Azərbaycan ilə yanaşı, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynadan gənclər iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]