Tullantıların yandırılmasına görə vəzifəli şəxs cərimələnmişdir
Bakı, 4 iyun (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Sumqayıt şəhərinin cənub-qərbindəki poliqonda məişət tullantılarının yandırılması ilə bağlı daxil olmuş şikayət araşdırılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırma zamanı poliqonda 0,5 hektar sahədə tullantıların yanmasına və atmosfer havasının çirklənməsinə yol verildiyi aşkar edilmişdir.
Faktla əlaqədar “Sumqayıt Şəhər Təmizlik Departamenti” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rahim Mustafayev barəsində protokol tərtib olunmuş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76-1.0.5-ci maddəsinə əsasən vəzifəli şəxs qismində inzibati qaydada 4000 manat məbləğində cərimə edilmişdir.
Poliqonda müvafiq tədbirlərin görülməsi, tullantıların yandırılması faktlarına yol verilməməsi üçün əraziyə cavabdeh olan R.Mustafayevə müddətli “məcburi göstəriş” verilmişdir.
Ərazi ETSN-in 4 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsi tərəfindən nəzarətə götürülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]