“Turan Tovuz”un futbolçusundan 999 gündən sonra ilk
Bakı, 26 yanvar, AZƏRTAC
Misli Premyer Liqasının XVII turu Hayderson Hurtadonun bir oyunda hər iki qapıya qol vurması ilə yadda qalıb.
AZƏRTAC xəbər verir ki, “Turan Tovuz”un futbolçusu “Sumqayıt”la ev oyununda (2:1) əvvəl hesabı açıb, ardınca avtoqolla bərabərliyə səbəb olub.
Premyer Liqada sonuncu belə hadisə 427 gün əvvəl - ötən mövsüm yaşanmışdı. 2024-cü il noyabrın 24-də Orxan Əliyev “Sabah” – “Kəpəz” görüşündə (2:2) hər iki mənada fərqlənib.
“Kəpəz”in futbolçusu XIII turda həm hesabı açıb, həm avtoqolla bərabərlik topunu vurub. Lakin Hurtadodan fərqli Əliyev bunu ilk 45 dəqiqədə gerçəkləşdirib.
Haydersona qədər belə halla üzləşən sonuncu legioner isə Mateus Saldanya olub. O, 999 gün əvvəl - 2023-cü il mayın 2-də keçirilən “Neftçi” – “Qarabağ” görüşündə (2:4) 40-cı dəqiqədə qonaqların, 15 dəqiqə sonra öz komandasının qapısına yol tapıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]