Turizm və Menecment Universiteti tələbələrinin məqalələri beynəlxalq simpoziumun xüsusi buraxılışında dərc olunub
Bakı, 3 aprel, AZƏRTAC
Buxarest şəhərində ölkənin Artifex Universitetinin və Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə “Rumıniya 100: Avropa qlobal sosial-iqtisadi məzmunda” mövzusunda beynəlxalq simpozium keçirilib.
Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) AZƏRTAC-a bildirilib ki, universitetin bir qrup tələbəsi beynəlxalq simpoziumun 696 səhifəlik xüsusi buraxılışında öz məqalələri ilə təmsil olunublar.
Beynəlxalq tədbirdə Belarus, Bolqarıstan, İtaliya, Moldova, Rusiya, Serbiya və Ukraynanın müvafiq ali təhsil müəssisələrindən və Elmlər Akademiyası nəzdindəki institutlardan alim və mütəxəssislər iştirak ediblər.
Qeyd edək ki, ATMU-nun tələbə və müəllimləri mütəmadi olaraq beynəlxalq konfrans və simpoziumlarda iştirak edir, bu tədbirlərə onların elmi məruzələri təqdim olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]
Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub
- 11.06.2026 [16:30]