Türk alpinistlər Haçadağa yürüş edəcəklər
Naxçıvan, 23 fevral, AZƏRTAC
Fevral ayının 23-25-də türk alpinistlər Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq üçün Haçadağa yürüş edəcəklər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Türkiyənin İstanbul, Antalya, Qars, Ağrı və İğdır bölgələrindən yürüşə qatılacaq alpinistlər artıq yola çıxıblar. Dağa qalxacaq alpinistlər zirvədə Azərbaycan və Türkiyə bayraqları açıb, həm Xocalı soyqırımı qurbanlarını, həm də İkinci Qarabağ müharibəsi şəhidlərini anaraq qazanılan Zəfəri qeyd edəcəklər.
Qeyd edək ki, bu, türk alpinistlərin Haçadağa səkkizinci yürüşü olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:44]
Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO
- 12.10.2026 [14:49]
Babək rayonunda üçəm dünyaya gəlib
- 12.10.2026 [12:01]