“Türk dünyasının ortaq mirası” mövzusunda II beynəlxalq konqres keçiriləcək
Bakı, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 29-31-də Türkiyənin Çankırı Karatekin Universitetində “Türk dünyasının ortaq mirası” mövzusunda II beynəlxalq türkşünaslıq konqresi keçiriləcək.
Bu barədə AZƏRTAC-a AMEA Folklor İnstitutundan bildirilib. Konqres Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Türk Dil Qurumu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Başqanlığı, Çankırı Karatekin Universitetinin Türkşünaslıq İnstitutu, Hacettepe Universitetinin Türk folkloru bölümü, Folklor İnstitutu, Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universiteti və Qırğızıstan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
Konqres Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:23]
Qaraçöplü soydaşımızın uğuru
- 03.10.2026 [16:41]
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]