Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türk ekspert: Türkiyə–Azərbaycan müttəfiqliyi Cənubi Qafqazda yeni geosiyasi nizamın əsas dayağıdır

Türk ekspert: Türkiyə–Azərbaycan müttəfiqliyi Cənubi Qafqazda yeni geosiyasi nizamın əsas dayağıdır

Bakı, 15 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda Türkiyə–Azərbaycan münasibətlərinə dair səsləndirdiyi fikirlər təkcə iki ölkə arasındakı güclü qardaşlıq əlaqələrinin ifadəsi deyil, həm də son illərdə regionda formalaşan yeni geosiyasi reallığın ümumiləşdirilmiş təhlilidir. Bu gün Ankara ilə Bakı arasındakı münasibətlər klassik strateji tərəfdaşlıq anlayışını geridə qoyaraq təhlükəsizlik, energetika, nəqliyyat, müdafiə sənayesi, xarici siyasət və iqtisadi inteqrasiyanı əhatə edən institusional müttəfiqlik modelinə çevrilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə türk ekspert Mehmet Gökhan Özçubukçu deyib.

Ekspert bildirib ki, Prezident İlham Əliyevin "Dünyada bir-birinə bu qədər yaxın iki dövlət yoxdur" fikri emosional yanaşmadan daha çox, mövcud strateji reallığın ifadəsidir. "Bu gün Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri digər strateji tərəfdaşlıqlardan fərqləndirən əsas xüsusiyyət əməkdaşlığın yalnız ortaq maraqlara deyil, eyni zamanda, ortaq tarixə, ortaq mədəniyyətə, ortaq dilə və ortaq milli kimlik şüuruna söykənməsidir. Beynəlxalq münasibətlər sistemində ittifaqların əksəriyyəti dəyişən təhlükəsizlik təhdidləri və ya iqtisadi maraqlar əsasında formalaşır. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi bu münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib. Bu gün Ankara və Bakı artıq sadəcə bir-birini dəstəkləyən dost və qardaş dövlətlər deyil, Cənubi Qafqazda yeni geosiyasi nizamın formalaşmasına birlikdə təsir göstərən iki strateji aktordur", – deyə ekspert qeyd edib.

Mehmet Gökhan Özçubukçu bildirib ki, son beş ildə baş verən hadisələr Azərbaycanın regional rolunun əhəmiyyətli dərəcədə artdığını nümayiş etdirir. "İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıq Cənubi Qafqazda güc balansını əsaslı şəkildə dəyişib. Azərbaycan təkcə ərazi bütövlüyünü bərpa etmiş dövlət kimi deyil, həm də regional nəqliyyat şəbəkələrinin, enerji təhlükəsizliyinin və iqtisadi inteqrasiyanın əsas iştirakçılarından biri kimi çıxış edir. Bu gün Avropanın enerji təhlükəsizliyindən başlayaraq Orta Dəhlizin inkişafına qədər bir çox strateji istiqamətdə Bakının rolu getdikcə artır. Prezident İlham Əliyevin forumda Avropanın enerji təhlükəsizliyi ilə bağlı vurğuladığı məqamlar da məhz bu yeni geosiyasi mövqenin göstəricisidir.

“Uzun illər münaqişələr və işğallar səbəbindən qeyri-sabitliklə xarakterizə olunan region bu gün ilk dəfə genişmiqyaslı iqtisadi əməkdaşlıq və regional inteqrasiya imkanlarını müzakirə edir. Bunun reallaşması isə ilk növbədə Azərbaycan ilə Ermənistan arasında davamlı sülh sazişinin imzalanmasından asılıdır. Azərbaycan hərbi qələbəsini diplomatik və iqtisadi üstünlüklərə çevirməyə yönəlmiş siyasət həyata keçirir. Regionda nəqliyyat xətlərinin açılması, sərhədlərin normallaşdırılması, ticarətin inkişaf etdirilməsi və bağlantısallığın artırılması istiqamətində atılan addımlar bunun konkret nümunəsidir", – deyə ekspert qeyd edib.

Mehmet Gökhan Özçubukçu bildirib ki, Zəngəzur dəhlizi və Orta Dəhliz layihələri bu strateji baxışın əsas elementlərindəndir. "Bu layihələr yalnız Azərbaycan ilə Naxçıvan arasında fasiləsiz nəqliyyat əlaqəsini təmin etməyəcək, eyni zamanda Türkiyəni Xəzər hövzəsi, Mərkəzi Asiya və bütövlükdə Türk dünyası ilə birləşdirən strateji kommunikasiya xətti yaradacaq. Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı və təchizat zəncirlərinin şaxələndirildiyi indiki dövrdə bu dəhlizlər təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır. Avropa ilə Asiya arasında yükdaşımaların mühüm hissəsinin Orta Dəhlizə yönəlməsi Türkiyə və Azərbaycanın strateji əhəmiyyətini daha da artırır.

Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, bərpaolunan enerji sahəsinə yatırımlar, Xəzər keçidli nəqliyyat layihələri və Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirdiyi fəal siyasət Azərbaycanın beynəlxalq nüfuzunu və diplomatik çəkisini davamlı şəkildə artırır. Buna görə də bu gün Azərbaycan yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya geosiyasətinin formalaşmasında söz sahibi olan orta güc kimi çıxış edir", – deyə Mehmet Gökhan Özçubukçu bildirib.

Onun sözlərinə görə, Türkiyə ilə strateji müttəfiqlik Azərbaycanın regional təsir imkanlarını daha da genişləndirir. “Türkiyə ilə Azərbaycanın son illərdə ortaya qoyduğu əməkdaşlıq modeli artıq Türk Dövlətləri Təşkilatı üçün də nümunədir. Son illərdə nəqliyyat, energetika, müdafiə sənayesi, rəqəmsal transformasiya, ticarət və institusional inteqrasiya istiqamətlərində həyata keçirilən birgə layihələr Türk dünyasında ortaq fəaliyyətin mümkünlüyünü praktik şəkildə nümayiş etdirib. Türk Dövlətləri Təşkilatının getdikcə daha institusional quruma çevrilməsində Ankara ilə Bakının ortaq liderliyi mühüm rol oynayır. Orta dəhlizin inkişafı, gömrük prosedurlarının sadələşdirilməsi, Xəzər keçidli nəqliyyat layihələri və ortaq investisiya mexanizmləri kimi təşəbbüslər də məhz bu əməkdaşlığın nəticəsidir və Türkiyə–Azərbaycan tərəfdaşlığının artıq Türk dünyasının inteqrasiyasına xidmət edən strateji modelə çevrildiyini göstərir", – deyə o bildirib.

Ekspert sonda vurğulayıb ki, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər mövcud geosiyasi transformasiyanın dəqiq təhlilinə əsaslanır: "Azərbaycan bu gün hərbi uğurlarını diplomatik təsir imkanları, iqtisadi bağlantısallıq və regional liderlik potensialı ilə tamamlayan yeni xarici siyasət modeli həyata keçirir. Türkiyə ilə qurulan nümunəvi müttəfiqlik isə təkcə iki ölkənin milli maraqlarını qoruyan əməkdaşlıq deyil, həm də Cənubi Qafqazda davamlı sülhün, Avrasiyada yeni nəqliyyat və enerji şəbəkələrinin, eləcə də Türk dünyasının inteqrasiyasının əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Qarşıdakı dövrdə bu tərəfdaşlığın həm regional sabitlik, həm də qlobal geoiqtisadi tarazlıqlar baxımından əhəmiyyətinin daha da artacağını gözləmək olar".

Müxbir – Səbinə Əlizadə 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq