“Türk Hava Yolları” xarici uçuşlara endirim kampaniyasına başlayır
İstanbul, 12 yanvar, AZƏRTAC
“Türk Hava Yolları” (THY) aviaşirkəti xarici uçuşlara 40 faiz endirim kampaniyasına başlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə THY-nin media müşavirliyindən bildirilib.
Məlumatda qeyd edilir ki, dünyanın müxtəlif bölgələrinə səyahət üçün nəzərdə tutulan kampaniya yanvarın 13-15-də alınan və aprelin 1-dən dekabrın 31-nə kimi olan müddəti əhatə edən tarixlərə şamil olunur. Kampaniya Azərbaycan istiqamətində uçuşlara da aiddir.
Satın alınacaq biletlərin qeyd edilən müddət ərzində dəyişdirilməsi mümkün olacaq.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul