TÜRK İŞ ADAMLARI AZƏRBAYCANDA ÖZLƏRİNİ RAHAT HİSS EDİRLƏR
AZƏRTAC xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı Naxçıvanda səfərdə olmuşdur.
Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovla görüşündə diplomat bu bölgənin sosial-iqtisadi inkişafında türkiyəli iş adamlarının yerli sahibkarlarla əməkdaşlığından məmnun qaldığını, türk iş adamlarının Azərbaycanda özlərini rahat hiss etdiklərini bildirmişdir. Görüşdə Vayxır su anbarının tikintisi, Sədərək avtomobil yolunun təmiri, Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin ali təhsil ocaqları arasında tələbə mübadiləsi məsələləri də müzakirə olunmuşdur.
Turan Moralı demişdir ki, Naxçıvan bütün türk dünyasının gözüdür, ona görə də buraya Türkiyə tərəfi həmişə yardım edəcəkdir.
Türkiyə səfirinin muxtar respublikaya səfəri yanvarın 31-də başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]