Türk professor Fatma Dəniz Berlin Texniki Universitetinin rektoru seçilib
Berlin, 4 dekabr, AZƏRTAC
Türk professor Fatma Dəniz Berlin Texniki Universitetinin yeni rektoru seçilib.
AZƏRTAC xəbər verir ki, 42 yaşlı F.Dəniz səsvermədə hazırkı rektordan iki dəfə çox səs toplayıb. O, vəzifəsinin icrasına gələn il aprelin 1-dən başlayacaq və dörd il fəaliyyət göstərəcək.
Münxendə doğulan F.Dəniz orta təhsilinin bir hissəsini Türkiyədə alıb. O, universiteti Münxendə bitirdikdən sonra Kaliforniya Universitetində (Berkeley) elmi tədqiqatlar aparıb. Hazırda Berlin Texniki Universitetində rəqəmsallaşma və dayanıqlılıq üzrə vitse-prezident və informatika professoru vəzifəsində çalışan F.Dənizin elmi fəaliyyəti informatika ilə neyroelmin sintezi, xüsusilə beyin və texnoloji sistemlərdə dil emalı, süni intellekt sahələrini əhatə edir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]
İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?
- 10.08.2026 [13:07]
Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib
- 10.08.2026 [13:05]