Türkiyə Hərbi Hava Qüvvələri Komandanı Azərbaycanın hərbi aerodromlarında olub
Bakı, 7 mart, AZƏRTAC
Türkiyə Respublikası Hərbi Hava Qüvvələri Komandanı, ordu generalı Akın Öztürk ölkəmizə səfəri çərçivəsində Azərbaycanın hərbi aerodromlarında olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonağa hərbi obyektlərdə aviasiya vasitələrinin istifadə imkanları və tapşırıqları, aerodromların texniki təminatı və ümumi vəziyyəti, o cümlədən ərazidəki infrastruktura dair məlumat verilib.
Azərbaycan Hərbi Hava Qüvvələri ilə yaxından tanış olan ordu generalı A.Öztürk uçuş və texniki heyətin təlim-döyüş hazırlığını və bacarığını yüksək qiymətləndirib.