Türkiyə ordusu İraqın şimalında 23 terrorçunu məhv edib VİDEO
Ankara, 28 oktyabr, AZƏRTAC
Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında növbəti hava zərbələri nəticəsində 23 PKK terrorçusunun məhv edildiyini açıqlayıb.
Qardaş ölkənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hava əməliyyatı zamanı yerli istehsal olan sursatlardan istifadə edilib.
Ötən gün Türkiyə Müdafiə Nazirliyi Suriyanın şimalında türk hərbçilərinin yerləşdiyi üç ərazidə 15 terrorçunun zərərsizləşdirildiyini bildirib. PKK terrorçularının Suriya qanadının daha 17 silahlısı oktyabrın 26-da Türkiyə ordusu tərəfindən məhv edilib.
Oktyabrın 23-də Ankarada TUSAŞ müdafiə zavodunda 5 nəfərin ölümü, 22 nəfərin yaralanması ilə nəticələnən terror aktından sonra Türkiyə ordusu bölgədə terrorçulara qarşı zərbələri gücləndirib.
Türkiyə hökumətinin bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasında terrorizmlə mübarizə əsas müzakirə mövzularından biri olacaq.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]