Türkiyə parlamentinə yeni sədr seçiləcək
Ankara, 4 iyul, AZƏRTAC
Türkiyə qanunvericiliyinə uyğun olaraq 27-ci çağırış Böyük Millət Məclisinə ikinci dövr üçün yenidən sədr seçiləcək. Parlamentin hazırkı sədri Mustafa Şentop yenidən parlamentin rəhbərliyi uğrunda mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, 27-ci çağırış parlamentinin ikinci dövründə sədrlik uğrunda beş namizəd mübarizə aparacaq. Parlamentdə təmsil olunan Milliyyətçi Hərəkat Partiyası (MHP) öz namizədini irəli sürməyib. MHP hakim Ədalət və İnkişaf Partiyasının namizədi Mustafa Şentopu dəstəkləyəcək. Bu razılaşma Mustafa Şentopun sədr seçilmək şansını daha da artırır.
Qeyd edək ki, Türkiyə qanunvericiliyinə görə, parlament sədri iki il müddətinə seçilir. İyulun 6-da Mustafa Şentopun parlament sədri kimi səlahiyyət müddəti başa çatır. Yeni sədrin seçkisi isə iyulun 7-də olacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:13]
Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib
- 07.10.2026 [11:12]
Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb
- 07.10.2026 [11:11]
BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib
- 07.10.2026 [10:21]
Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib
- 07.10.2026 [09:36]
Kiyev raketlərlə vurulub, ölənlər var
- 07.10.2026 [09:06]
Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır
- 07.10.2026 [07:38]
Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib
Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb
- 06.10.2026 [23:47]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [22:46]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [21:45]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [20:59]