Türkiyə Prezidenti ilə Yunanıstanın Baş naziri arasında görüş olub
İstanbul, 11 iyul, Günel Karatepe, AZƏRTAC
ABŞ-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında görüş olub.
AZƏRTAC xəbər verir ki, görüş NATO-nun Vaşinqtonda keçirilən dövlət və hökumət rəhbərlərinin sammiti çərçivəsində baş tutub.
Liderlər Türkiyə ilə Yunanıstan arasında ikitərəfli əlaqələr, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.
Prezident Ərdoğan ölkəsinin Yunanıstanla mehriban qonşuluq prinsipi əsasında həmrəylik ruhunun inkişaf etdirilməsi istiqamətində göstərdiyi səylərə diqqət çəkərək bunun artaraq davam etdiriləcəyini bildirib.
Bölgədə baş verən qarşıdurmalara toxunan Türkiyə Prezidenti bu münaqişələrin sona çatdırılması və regionda sülhün təmini üçün səylərin artırılmasının zəruriliyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]