Türkiyə Superliqası: “Fənərbağça” “Kasımpaşa”ya qalib gələrək liderliyə yüksəlib
Bakı, 24 fevral, AZƏRTAC
Futbol üzrə Türkiyə Superliqasında XXVII turun oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, ikinci oyun günündə dörd matç keçirilib.
"Fənərbağça" doğma meydanda "Kasımpaşa"ya 2:1 hesabı ilə qalib gəlib.
Hesabı qonaqların heyətində 58-ci dəqiqədə Jakson Porozo açıb. Meydan sahibləri 64-cü dəqiqədə Mərt Hakan Yandaşla tablodakı rəqəmləri bərabərləşdirib. Matçın yekun nəticəsini 90+6-cı dəqiqədə Mişi Batşuayi müəyyənləşdirib.
Günün daha əvvəl keçirilən oyunlarında "Kaysərispor" "Ankaragücü"nü 3:2, "İstanbul Başakşəhər" "Qaziantep"i, "Konyaspor" isə "Hatayspor"u 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu nəticədən sonra turnir cədvəlinə 70 xalla "Fənərbağça" rəhbərlik edir. Rəqibindən bir oyun az keçirən "Qalatasaray" 2-ci, aktivlərində 43 xalı olan "Trabzonspor" ilə "Beşiktaş" komandaları isə üçüncü və dördüncü pillələri bölüşürlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]