Türkiyə və Azərbaycan mediasında diplomatiya dili
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Sevinc Məmmədova “Türk dostluğu əsaslı əməkdaşlıq: tarixdən gələcəyə beynəlxalq münasibətlərin perspektivləri” mövzusunda III Beynəlxalq Türk Dünyası Strateji Araşdırmalar konqresində iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, o, “Türkiyə və Azərbaycan mediasında diplomatiya dili” adlı məruzə ilə çıxış edib.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova, Yaponiya, Almaniya, Hindistan, Cənubi Koreya, ABŞ, Kanada, İtaliya və diğər ölkələrdən 100-ə yaxın elm adamının iştirak etdiyi bu tədbir İstanbulda Mərmərə Universiteti və Türk Dünyası Yörük Türkmən Birliyinin təşkilatçılığı ilə təşkil olunub.