Türkiyə və Bolqarıstan qaz sektorunda əməkdaşlığa dair protokol imzalayıb
Ankara, 7 iyul, AZƏRTAC
Türkiyə və Bolqarıstan qaz sektorunda əməkdaşlığa dair yeni protokol imzalayıb.
AZƏRTAC xəbər verir ki, “BOTAŞ” və “Bulgargaz” şirkətləri arasında sənəd Ankarada keçirilən NATO sammiti çərçivəsində Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar və Bolqarıstanın Baş naziri Rumen Radevin iştirakı ilə imzalanıb.
“Protokol həm ölkəmizin, həm də bütövlükdə regionun enerji sabitliyinə əhəmiyyətli töhfə verəcək. Ölkələrimiz iki ölkə arasında təbii qaz nəqli potensialını daha səmərəli şəkildə inkişaf etdirmək və istifadə etmək üçün ortaq səyini təsdiqləyiblər”, - deyə türkiyəli nazir bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara