Türkiyə və Ermənistan rəsmiləri TRIPP layihəsini müzakirə ediblər
Tbilisi, 29 noyabr, AZƏRTAC
Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan İstanbulda Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, tərəflər birbaşa təmasların vacibliyini vurğulayıb, dialoqu davam etdirməyə hazır olduqlarını söyləyiblər.
Söhbət zamanı Qars-Gümrü dəmir yolunun bərpası imkanları və TRIPP layihəsinin hər iki ölkə üçün açacağı yeni iqtisadi, logistik və ticarət imkanları da müzakirə olunub.
Eyni zamanda, enerji bazarının şaxələndirilməsi imkanları, yeni marşrutların inkişafı, qarşılıqlı iqtisadi maraqların genişləndirilməsi məsələlərinə dair müzakirə aparılıb.
Kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri, xüsusilə kənd təsərrüfatı sığortası, heyvan xəstəliklərinə qarşı birgə mübarizə məsələləri də müzakirə edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]
Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb
- 08.06.2026 [12:17]
İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb
- 08.06.2026 [12:16]
Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb
- 08.06.2026 [12:14]
Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb
- 08.06.2026 [12:09]