İDMAN
TÜRKİYƏ VOLEYBOLÇULARI BAKILI AZARKEŞLƏRİN DƏSTƏYİNİ YÜKSƏK QİYMƏTLƏNDİRMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, komandanın baş məşqçisi Rəşad Yazıçıoğulları Azərbaycanın paytaxtında keçirilən turnirin çox çətin olduğunu bildirmişdir. Yazıçıoğulları turnirin yüksək səviyyədə təşkil olunduğunu və Türkiyə komandasının Bakıda azarkeşlərin böyük dəstəyini qazandığını xüsusi qeyd etmişdir. Komandanın kapitanı Özləm Özçəlik Azərbaycanda Türkiyə yığma komandasını dəstəkləyən azarkeşlərə bir daha səmimi təşəkkürlərini bildirməklə yanaşı, əldə etdikləri nəticəyə görə, təəssüfləndiklərini vurğulamışdır. O demişdir: “Qalib gəlməyi çox istəyirdik, amma buna müvəffəq olmadığımız üçün təəssüflənirik”.