İDMAN
TÜRKİYƏ VOLEYBOLÇULARI İSTANBULA GƏLDİ
Yanvarin 11-də Türkiyənin yığma voleybol komandası Bakıdan İstanbula qayıtmışdır. Voleybol komandasının baş məşqçisi Rəşad Yazıçıoğulları Azərbaycanın paytaxtında keçirilən müsabiqənin çox çətin olduğunu bildirdi. Cənab Yazıçıoğulları turnirin yüksək səviyyədə təşkil olunduğunu və Türkiyə komandasının Bakıda azarkeşlərin böyük dəstəyini aldığını nəzərə çarpdırdı. Komandanın kapitanı Özləm Özçəlik Azərbaycanda Türkiyə yığma komandasını dəstəkləyən azarkeşlərə bir daha səmimi təşəkkürlərini bildirərək aldıqları nəticəyə görə, təəssüfləndiklərini vurğuladı. O dedi ki, “Qalib gəlməyi çox istəyirdik və buna müvəffəq olmadığımız üçün təəssüflənirik”.