Türkiyədə baş vermiş təbii fəlakətlə əlaqədar İlqar Muradovun yaradıcılıq gecəsinin tarixi dəyişdirilib
Bakı, 11 fevral, AZƏRTAC
Xalq artisti İlqar Muradovun 65 illiyi münasibətilə fevralın 12-də Heydər Əliyev Sarayında keçiriləcək yaradıcılıq gecəsinin tarixi qardaş Türkiyədə baş vermiş təbii fəlakətlə əlaqədar dəyişdirilib.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yaradıcılıq gecəsi fevralın 17-də saat 19:00-da keçiriləcək.
İfaları ilə qəlbləri fəth edən müğənni gecədə öz repertuarından olan mahnılarla pərəstişkarlarının qarşısına çıxacaq.
Tamaşaçılar gecədə İlqar Muradovun yeni mahnıları, xalq musiqiləri və klassik ifaları ilə yanaşı, sənət dostlarının çıxışlarını də izləyə biləcəklər.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]