Türkiyədə koronavirusdan bir gündə beş minə yaxın xəstə sağalıb
Ankara, 27 aprel, AZƏRTAC
Türkiyədə yeni növ koronavirus infeksiyasına yoluxma və virusdan ölüm hallarında davamlı olaraq azalma müşahidə olunmaqdadır. Aprelin 27-də ölkə üzrə 20143 nəfər üzərində test aparılıb. Onlardan 2131 nəfər xəstə çıxıb. Gün ərzində 4651 nəfər sağalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə son rəqəmləri nazir Fahrettin Koca sosial şəbəkədə paylaşıb. Bildirilir ki, aprelin 27-də 95 nəfər dünyasını dəyişib. Bu göstərici dünənkindən 4, aprelin 25-i ilə müqayisədə 9 nəfər azdır. Bununla da, ölkə üzrə ölənlərin sayı 2900, sağalanlar isə 33791 nəfərə çatıb.
Qeyd edək ki, Türkiyədə koronavirus infeksiyasına qarşı tədbirlər çərçivəsində növbəti komendant saatı üç gün qüvvədə olacaq. Mayın 1-də qüvvəyə minəcək evdən çıxmaq qadağası mayın 3-ü yerli vaxtla saat 00:00-dək davam edəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [20:17]
Almaniyanın şimal bölgəsi müdafiə və innovasiya mərkəzinə çevriləcək
- 27.08.2026 [19:10]
Səudiyyə Ərəbistanının nüvə enerjisi həmləsi neft ixracı gücünü artıracaq
- 27.08.2026 [18:50]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 27.08.2026 [18:27]
Avropa ölkələrində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı aşağı düşüb
- 27.08.2026 [17:56]
ABŞ-nin sutkalıq neft istehsalı 13 milyon 843 min barelə yüksəlib
- 27.08.2026 [17:54]