Türkiyədə müsəlmanların hisslərini təhqir edən qadın həbs olunub
Ankara, 15 mart, AZƏRTAC
Türkiyənin Burdur əyalətinin sakini Qamze Gökçeye qarşı vətəndaşların dini hisslərini təhqir etmək barədə ittiham irəli sürülüb və o, məhkəmənin qərarı ilə həbs olunub.
AZƏRTAC xəbər verir ki, özünü “yazıçı” adlandıran Gökçe sosial mediada müsəlmanların müqəddəs Ramazan ayını tənqid edən, insanları namazdan çəkinməyə çağıran və orucun “mənasız” olduğunu bildirən video paylaşıb.
Qamzenin Qurban bayramı zamanı heyvanların kəsilməsinin “lazımsız qətl ayini” olduğu barədə iddiası da sosial media istifadəçilərinin tənqidinə səbəb olub. O, həmçinin bu paylaşım ilə bağlı qəzəb dolu şərhlər yazan insanları təhqir edib.
Gökçenin həbs qərarı martın 15-də, İslamofobiya ilə Mübarizə Günündə verilib.
Türkiyənin ədliyyə naziri Akın Gürlek bazar günü müvafiq açıqlama verib. Nazir cəmiyyətdə, o cümlədən dini zəmində nifaq salmaq cəhdlərinin yolverilməzliyini vurğulayıb və islamofobiya təzahürlərini pisləyib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [23:23]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [21:49]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]