Türkiyədə Ramazan bayramı ilə əlaqədar ölkədaxili səyahət edənlərin sayı kəskin artıb
İstanbul, 1 iyun, AZƏRTAC
Türkiyədə Ramazan bayramı münasibətilə davam edəcək 9 qeyri-iş günü ilə əlaqədar ölkədaxili səyahət edənlərin sayı kəskin artıb. Bu da ölkədəki bütün nəqliyyat vasitələrinin işində çətinliklər yaradıb.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə ölkədaxili təyyarə uçuşları və sərnişin avtobuslarına əlavələr edilib. Ölkənin hava və şəhərlərarası sərnişindaşıma şirkətləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Hazırda İstanbulun hava limanlarında sərnişin sıxlığı müşahidə edilir. Terminalların girişlərindəki təhlükəsizlik və pasport nəzarəti məntəqələri qarşısında uzun növbələr yaranıb.
“Türk Hava Yolları”na məxsus təyyarələrdə sərnişin çoxluğu 85,4 faiz təşkil edir. Bu məqsədlə gündəlik nəzərdə tutulmuş 495 reysə əlavələr edilib.
Ankara-İstanbul xəttinə sürətli qatarlar əlavə olunub. Dəniz yollarından istifadə edənlərin sayının artması səbəbindən də səfərlərin sayı artırılıb.
Bayram günlərində şəhərlərarası avtomobil yollarından milyonlarla insanın istifadə edəcəyi gözlənilir. Bu məqsədlə yollarda yarana biləcək avtomobil sıxlığının qarşısının alınması məqsədilə bu gündən etibarən ölkənin təhlükəsizlik xidmətləri gücləndirilmiş iş rejiminə keçib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]