Türkiyədə təhsil almaq üçün 158 ölkədən 3750 tələbə gələcəkdir
Ankara, 27 iyul (AZƏRTAC). Türkiyə Nazirlər Kabineti Xaricdəki Türklər və Əqrəba Topluluqları İdarəsinin rəhbəri Kamal Yurtnaç bildirmişdir ki, bu il Türkiyənin müxtəlif universitetlərində təhsil almaq üçün 158 ölkədən, o cümlədən bütün türkdilli respublikalardan 3750 tələbə gələcəkdir.
K.Yurtnaçın sözlərinə görə, 2012-2013-cü tədris ilində əcnəbi tələbələrin və dünyanın müxtəlif ölkələrində yaşayan türk ailələrindən olan gənclərin təhsili üçün dövlət büdcəsindən 100 milyon türk lirəsi (55,5 milyon dollar) vəsait ayrılmışdır. Türkiyədə təhsil almaq istəyən əcnəbi gənclərin ən çox maraq göstərdikləri ixtisaslar tibb və mühəndislikdir.
Türkiyənin müvafiq təşkilatları əcnəbi tələbələrin səhiyyə sığortası, yataqxanalarda yerləşdirilməsi və digər problemlərinin həlli üçün tədbirlər görürlər. Bunun üçün Ankara ilə yanaşı, digər böyük şəhərlərdə də idarənin nəzdində tələbə mərkəzləri yaradılacaqdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [20:22]
Prezident Ərdoğan: Türkiyə dünya boru ehtiyatlarının 73 faizinə sahibdir
- 22.05.2026 [16:08]
Aİ Hörmüz boğazının bağlanması səbəbindən İrana sanksiyaları genişləndirib
- 22.05.2026 [15:24]
İran BƏƏ ərazisinə 3300 raket və PUA atıb
- 22.05.2026 [15:12]