Türkiyədə Xocalı soyqırımı qurbanlarının xratirəsinə daha bir abidə ucaldılacaqdır
İstanbul, 26 dekabr (AZƏRTAC). Türkiyədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə daha bir abidə ucaldılacaqdır.
Anadolu Universitetinin professoru Ridvan Karluk bildirmişdir ki, qardaş ölkənin Eskişehir şəhərinin mərkəzindəki Səhiyyə meydanında ucaldılacaq abidə bu qədim türk şəhərinin 2013-cü ildə türk dünyasının paytaxtı olması tədbirlərinə xüsusi məna verəcəkdir. Bununla yanaşı, türk birliyinin rəmzi olacaqdır.
Vilayətin valisi Kadir Koçdemir də bu məsələdə dəstəyini əsirgəməyəcəyini bildirmişdir. Abidənin sponsorluğu məsələlərini isə Türkiyədə təhsil almış iş adamı Rəşad Əhmədov öz üzərinə götürmüşdür.
Professor R.Karluk demişdir ki, Eskişehirdə ucaldılacaq abidə Bakıdakı Xocalı abidəsinin bənzəri olacaqdır. Həmin meydanda Krım türklərinin sürgünü ilə bağlı abidə də vardır. Eyni meydanda ucalan iki türk abidəsi gələcək nəsillər üçün dəyərli bir əsər olacaqdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]