Türkiyədə xüsusi əməliyyat nəticəsində 10 terrorçu məhv edilib
İstanbul, 12 avqust, AZƏRTAC
Türkiyənin təhlükəsizlik qüvvələrinin Tunceli vilayətində keçirdiyi antiterror əməliyyatı nəticəsində 10 terrorçu məhv edilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) qırıcıları əməliyyata dəstək verib.
Digər bir məlumatda qeyd edilir ki, avqustun 7-də Şırnak vilayətinin Küpeli Dağı bölgəsində TSQ-nin qırıcılarının məhv etdiyi 5 terrorçudan biri “Redur Koçer” ləqəbli Halit Ericek adlı terrorçudur. O, Şırnakın Akçay rayonunda iki əsgərin şəhid olması ilə nəticələnən terror aktının təşkilatçısı olub.
İstanbulda isə PKK terror təşkilatına qarşı geniş antiterror əməliyyatı keçirilib. Şübhəli şəxs qismində saxlanılan 9 nəfərdən 5-i həbs olunub, 4-ü isə istintaqa cəlb edilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.09.2026 [22:22]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [21:39]
“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm
- 19.09.2026 [21:27]
Leysan yağışları Batumidə həyatı iflic edib
- 19.09.2026 [21:25]
Gürcüstanın dövlət xarici borcu 9 milyard dolları ötüb
- 19.09.2026 [16:49]
Münxendə 191-ci Oktoberfest start götürüb
- 19.09.2026 [14:51]
Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib
- 19.09.2026 [14:03]
ASELSAN yeni “SMASH 300” silah sistemini təqdim edib
Sürücülərin nəzərinə
- [21:16]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Dörd yaşında yarımçıq qalan ömür
- [12:08]
Bu saata olan əsas xəbərlər
- [12:00]