Türkiyədə yaşlı nəslin koronavirusa qarşı evdə peyvəndlənməsi üçün mobil qruplar yaradılıb
Ankara, 5 fevral, AZƏRTAC
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Çindən alınan “Sinovac” vaksini ilə kütləvi peyvəndləmə uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, bu prosesə yanvarın 13-dən start verilib. İndiyədək vaksin vurulan şəxslər arasında ciddi əks təsir müşahidə edilməyib. Rəsmi məlumata görə, peyvənd olunanların sayı 3 milyona yaxınlaşır.
Hazırda ölkə üzrə yaşı 75-dən yuxarı olan vətəndaşların könüllü peyvəndlənməsi davam edir. Bu xidməti səhiyyə işçilərindən ibarət yaradılmış mobil qruplar evlərdə həyata keçirirlər. Vətəndaşlar prosesdən razılıqlarını ifadə edirlər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]