TÜRKİYƏDƏ ZƏLZƏLƏ BAŞ VERMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, martın 25-dən 26-na keçən gecə Türkiyənin Ərzurum vilayətində zəlzələ baş vermişdir. İstanbuldakı Kandilli seysmologiya mərkəzinin verdiyi məlumata görə, zəlzələnin mərkəzi Ərzurum vilayətinin Çat rayonundadır. Yeraltı təkanların gücü Rixter cədvəli ilə 5,1 bal olmuşdur. Təbii fəlakət nəticəsində 9 nəfər həlak olmuş, 30-dan çox adam yaralanmışdır.
Zəlzələ Aşqala rayonunun 15 kəndində böyük dağıntılar törətmişdir. Məsələn, bu rayonun Kiçikgecid kəndində 40 ev yerlə yeksan olmuşdur. Türkiyənin Qızıl Aypara Cəmiyyəti təbii fəlakət bölgəsinə çadırlar, ərzaq məhsulları, tibb ləvazimatı göndərmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]